Müqəddimətül-həqayiq - Nəsiminin nəsr əsərindən parça
27 İyul 2019 06:09 Ədəbiyyat
Əmirəlmöminin və imamül-müttəqin Əli kərrəməllahu vəchəhu buyurmuşdur ki, Allah-Təalanun cəmii-sirləri gökdən inən kitablardadır, yəni Tövrat və Zəbur və İncildə və sühufdadır və cəmii-əsrarüllah kim, bu kitablarda vardur, Qur'anda vardur və hər nə kim, Qur'anda vardır, "Fatihətul-kitab"da vardur və hər nə kim, "Fatihətul-kitab"da vardur, "bismillah"da vardır və hər nə kim, "bismillah"da vardur, "bismillah"un "ba"sında vardur və hər nə kim, "ba"sında vardur, "ba"nun nöqtəsində vardur və bən ol nöqtəyəm ki, didi ki,"ba"nun altındadır.
İmdi, ey talibi-Həqq, bilmək gərək kim, nə keyfiyyətlə cəmii-əsrarullahi-Təala kim, kütübi-səmaviyyədə gəlmişdir, Qur'anda necə mövcuddur və hər nə kim, Qur'anda mövcuddur,"Fatihətül-Kitab"da nə vəchlə mövcuddur və hər nə kim, "Fatihatul-Kitab"da mövcuddur, Tanrının əsrarında mövcuddur və hər nə kim, "bismillah"da mövcuddur, bismillahın "ba"sında necə mövcuddur və hər nə kim, bismillahın "ba"sında mövcuddur, nə keyfiyyətlə "ba"nın nöqtəsində mövcuddur və hər nə kim, "ba"nın nöqtəsində mövcuddur və bən ol nöqtəyəm, didi ki, "ba"nın altındadur.
Əgər bir kişi eytsə kim, bən müsəlmanəm və Qur'anı bu keyfiyyətlə tanımamış ola və bilməmiş ola, bilməsə, hər nə kim, Qur'anda vardır, "Fatihətül-Kitab"da necə mövcuddur, çün "Fatihətül-Kitab"ı tanımamış, "Fatihə"yi bilməmiş ola, anın namazı dürüst olmaya. Həqiqət ki, la səlatə illa bi Fatihətil-Kitab. Pəs həqiqətdə ol kişinin dini həqiqətdə naqis olmuş ola, namazı rəva olmaya və səlatı mərdud ola.
Əvvəl
Qalən nəbiyyu əleyhis-səlam: Ənə uqatilukum bit-tənzil və Əliyyu yuqatilukum bit-təvil. Sahibi-təvil izzə fəzluhu və cəllət kəlimətuhu buyurmışdur ki, cəmi'i-əsrarullahi-Təala ki, kütübi-səmavidədür, yəni gökdən inən kitablarda ola ki, əsmai-küll və əsmai-hüsnadur ki, əsmai-Zat və sifati-Həzrəti-Əhədiyyətdir ki, Tövratda və Zəburda və İncildə və sühufda bu dövrdə mürəkkəb olmuşdur, yəni ol kitablarun müfrədatları kim, ol kitablarun əslidir kim, mürəkkəbat içində gizlüdir ki, ol müfrədat əsmai-külldür, yəni ismi-zat ki, ol kitablarun hürufıdur. Bu dəlillə Allah-Təala buyurmışdur: Əlif lam mim Allahü la ilahə illa huvə. Əlif, lam, mim əsmaüllahdır. Pəs məlum oldı ki, cəmii-hüruf əsmaüllahdır. Niçün ki, hürufi- məcmu bir həqiqətdir və hər nə kim hürufdadır, cəmii gökdən inən kitablarda gəlmişdir və hər nə kim kitablarda gəlmişdir, Qur'ani-Məciddə vardır və ol hürufi-müqəttaatdır kim, Qur'ani-Kərimin əslidir və cəmii-kitabın əslidir və Həqq-Təalanun əsması və əsrardır ki, anın mənası şimdiyədəkin idraki-bəşərdən məxfi və gizlü idi. Nitə ki, əmirəlmöminin Əbubəkri-Siddiq razallahu anhi aydır: İnnəl-lahə Təala fi külli kitabin sırran va sırrul-Qur'ani fi əvailis-suvər, yəni Allah-Təalanun hər kitabında bir sirr vardır və Qur'anın sirri surələrün əvvəlindədir, yəni hürufi-müqəttəatdır və hal budur kim, hürufi-müqəttəat Qur'ani-Kərimin əslidir. Əgər yigirim səkkiz hürufı Qur'andan çıxar isən, Qur'anun vücudı qalmaz. Pəs məlum oldı ki, hürufi-müfrədat kəlamullahun əslidir və əsrarıdır kim, əsrarullahdan murad bu hüruf olmaya idi, nə vəchlə mümkün olaydı ki, hər nə ki, Qur'anda mövcuddur, "Fətihətül-Kitab"da mövcud olaydı? Niçün ki, zahir(ən) "əl-Bəqərə" və "Ali-İmran" surəsi "Fatihə"də yoxdur. Və bir dəxi bu kim, Əli kərrəmallahu vəchəhu: "Əlif, lam, mim əsrar",- didi və sabit oldı kim, murad əsrarullahdan hürufi-müqəttəatdır və Qur'anda yigirim toqquz sözdür ki, müqəttaat gəlmişdür, müfrədati-kəlamullah ədədincədir.
Şimdi bil kim, "Fatihətül-Kitab" yigirim toqquz ləfzdir ki, ol yigirim toqquz surənün ədədincə gəlmişdür ki, əvvəlində müqəttəatdır və "Fatihə"nun əlfazı ol hürufda mürəkkəbdür ki, müqəttəatda gəlmişdir. Pəs cəmii-əsrarullah ki, Qur'anda mövcüddur, "Fatihətül-Kitab"da mövcüddur.
Bir dəxi bu kim, Qur'anun əsli yigirim toqquz hərfdir. Lam əlif ilə ki, Peyğəmbər əleyhissəlam buyurmuşdur ki, mən ləm yü'min bil-hürufi və hiyə tis'ə və aşrunə hərfən fəl-yətəbəbbu məq'əduhu alən-nar. "Fatihətül-Kitab"ın ədədincə - əlfazi-"Ümmül-Kitab" ədədincə gəlmişdir, yəni yigirim toqquz hərf kim, Qur'anın əslidir. Bu cəhətdən adı "Fatihətül-Kitab" və "Ümmül-Kitab" olmuşdır. Bir dəxi budur kim, müqəttəatın əsli on dört kəlmədir kim, təkrarılə yetmiş yeddi olur və bir qövldə yetmiş səkkiz kəlmə olmuşdur və "Fatihə" surəsində ol on dört əsli müqəttəatın müqabilində on dört təşdid gəlmişdir və bir dəxi bu kim, Qur'ani-Kərimin yeddi hərfi əslidir ki, ol yeddi hərf üzərinə inmişdir. Qalən nəbiyyu əleyhis-səlam: Nəzələl-Qur'anu alə səb'əti əhrufın və qalə əleyhis-səlam: Fatihətül-Kitabi səb'ə ayatin ihdəhunnə. Bismillahir-rəhmanir-rəhim. Çün Qur'ani-Kərim yeddi hərf üzərinə indi, Fatihə dəxi yeddi ayət oldı. Ol yeddi hərf ədədincə kim, Qur'ani-Kərimün əslidir və Qur'ani-Əzimün əslini tanı ki, namazun dürüst ola ki, La salatə illa bi-Fatihətul-Kitab, yəni ol yeddi hərf kim, Qur'anın əslidir, Qur'an ol yeddi hərf üzərinə münzəl olmuşdır, müqəttəat yigirim toqquz surədə bu səbəbdən gəlmişdir. Ta dəlil ol kim, müqəttəat Qur'anın əslidir. Niçün ki, Qur'anın əsli, yəni hürufı yigirim səkkiz gəlmişdir, bir kəlmə dəxi lam əlifdir kim, yigirim toqquz olur. Pəs bu dəlillə sabit oldı kim, hər nə kim, əsrarullahda (vardır), cəmii-Qur'anda vardır, "Fatihətül-Kitab"da vardır, müqəttəatın əsli bu on dörd hərfdir ki, üç hərf dəxi batindədir: əlif, lam, ra; kaf, he, ye, eyn, sad; ta, sin; ha, mim; qaf; nun. Əlifdə fə, sadda dal, nunda vav. Məcmuyi-müqəttəatın əsli on yeddi hərfdir. Zahirən və batinən "Fatihətül-Kitab"da bu hərflər vardır. Bu səbəbdən "Fatihətül-Kitab" "Səbül-məsani"dir və həm "Ümmül-Kitab" yigirim bir hərfdir, gəlmişdir ki, vəchi-Həvvanın misalidır ki, ümmi-həqiqidir və həm yeddi ayətdir "Fatihətül-Kitab". Həvvanun vəchində yeddi kitabət ki, məstürdur, ol yeddi ayət ol yeddi kitabın misalıdır və "Ümmül-Kitab"ın misalıdır və "Ümmül-Kitab" oldu. Neçün kim, hər qaçan kim, mövlud anası bətnindən vücuda gəlür, ol yeddi kitabət vəchindədir ki, anasının surətidir, bilə gətürür ki, ümmdə kəsb eyləmişdir ki, "Ümmül-Kitab"dır, nisbət ol kitablara ki, bə'd əz bulüğiyyət gəlür. Namaz ol mənadan "Fatihə"siz dürüst degüldir.
Bir dəxi ol kim, "Fatihə" yigirim bir hərfdir, yeddi hərf "Fatihə"də gəlməmişdir. Necə ki, Həqq-Təala Həvvanın vəchindən yeddi kitabət mən' eyləmişdir. Əgər ol kitabət Həvvanın vəchində məktub olaydı, kimsə Adəmin vəchində yigirim səkkiz kitabəti və otuz iki kitabəti oquyamayaydı. Bu səbəbdən Həvva vəchi yigirim bir hərf kitabət oldı ki, Adəmün vəchində yigirim səkkiz və otuz iki kitabət zahir oquna. "Qalən nəbiyyu əleyhis-səlam: La salatə illa bi-Fatihətil-Kitabi".
Merac gecəsində namaz həzrəti-Əhədiyyətdən əlli vaxt fərz olmuşdur. Həzrəti-Risalət əleyhissəlam təxfif dilədi, əllidən beşə inincə beş vaxta qərar eylədi. Həzrəti-Əhədiyyət buyurdı kim, Mən cə'ə bil-həsənə fələhü aşəra əmsalihə. Namaz şək degül kim, həsənətdandur. Bu mənadan bir vaxt namaz on vaxta qayimi-məqam oldu və salat üç qisim üzərinə təqsim oldı. Bir huzur namazıdır, ol on yeddi rük'ətdir. Bir qisim dəxi səfər namazıdır, on bir rük'ətdir. Bir qisim cümə namazıdır ki, on beş rük'ətdir.
İmdi, ey talibi-Həqq, bilmək gərəksən kim, hikməti-İlahi nə iqtiza eylədi ki, əvvəl namaz əlli vaxt fərz olmuşdı, sonra əlli vaxtdan beş vaxta qərar eylədi, ta bilmiş olasın ki, qılduğın namazun həqiqətin və mə'nasın nədir və namazın məqbul ola, çün namazın məqbul ola, məğfur olasın. Namazın faidəsi budur kim, anunla rəhmət və məğfirət hasil eyləyəsin.
İmdi bil ki, namazun murad(ı) səcdədir və Həqq-Təala məlaikəyə buyurdı ki, Uscudu li Adəmə fəsəcədu illa İblisə əba vəs-təkbərə və kanə minəl-kafırin. Niçün ki, Allah-Təala Adəmin vəchində kəndü ilmiyçün otuz iki kəlməyi qüdrət əliylə yazmışdır, ta müqbili otuz iki elmə pərəstiş eyləyə kannəkə tərahu.
İmdi bu yigirim səkkiz kitabda və otuz iki kitabda elmin əlli hərf və nöqtədir ki, Qur'ani-Kərimin əslidir və həzrəti-Əhədiyyət qatında Adəm əleyhissəlamın surəti və elmi və kitabı ol həddə mö'təbərdir kim, übüdiyyət və pərəstişi ol kitabət ədədincə fərz oldı ki, murad səcdədir və Həqq-Təala məlaikəyə buyurdı ki, ədədincə səcdə eyləyə.
Sonra beş vaxta qərar eylədi. Ol beş vaxtı huzurda on yeddi rük'ət fərz eylədi. Hürufi-müqəttəatın əsli-ədədincə kim, elmi-kitabəti-vəchi-Adəm əleyhissəlam ədədincədür ki, Allah-Təala buyurmuşdur: Xəlaqəllahu Təala Adəmə alə surətihi. Surətullahın tələffüzi on dört kəlmədir kim, ikisi dəxi kitabəti-vəchi-əvvəl ədədincədür: əlif, lam, fə, lam, əlif, fe, he, ye. Bu on dört hərfdir ki, müqəttaatun əsli ədədincədür və budur: əlif, lam, ra; kaf, he, ye, ayn, sad; ta, sin; ha, mim; qaf; nün. Bir dəxi səfər namazıdır, ol on bir rük'ətdir. Bu on bir rük'ət namaz ol hüruf ədədincədir kim, müqəttəatın gəlmişdir, budur: be, te, sə, cim, xe, zal, ze, şın, zad, za, ğeyn. Huzur namazılə cəm eyləyəsən, yigirim səkkiz rük'ət namaz ola, yigirim səkkiz kitabəti-vəchi-kərimi-Adəm əleyhissəlam içün yigirim səkkiz kəlimeyi-Zati-qədimin elmidir və Adəm əleyhissəlam məlaikənin məscudidir və məlaikənin müəllimidir ki, ya Adəmu, ənbihüm bi əsmaihim. Hər kim ki, Adəmə səcdə eyləmədi, Şeytani-məlun oldı. Çünkim hərf və nöqtə yigirim səkkiz kitabəti-vəchi-kərimi-Adəm əleyhissəlamın elmidi. Anın ədədincə namaz fərz eylədi imdi. Sonra huzurda on yeddi rükət, səfərdə on bir rükət yigirim səkkiz kitabəti-vəchi-Adəm ədədincə fərz oldı və ol ədəd üzərinə qərar eylədi Həq Sübhanəhü və Təala. Artkaspi.az
Mətn Mixail Hessin kitabında yer alan faksimile əsasında transfonoliterasiya olunmuşdur.
Hazırlayan: Səadət Şıxıyeva