Dünya
Uşaqların boyu ana qarnında artmağa başlayır?
Uşaqların boy problemi günümüzün aktual mövzularından biridir. Türkiyənin Nəcməddin Ərbakan Universiteti professoru Mehmet Emre Atabek bildirib ki, uşaqların boyu ana qarnında artmağa başlayır və yeniyetməlik dövrünün sonuna qədər davam edir. Uşaqlarda qısaboyluluğun müxtəlif səbəbləri olduğunu deyən professorun sözlərinə görə, xüsusən xroniki xəstəliklər və yetərsiz qidalanma da boy problemi yaradır.
Şəffaf dartıla bilən taçpad yaradılıb
Seul universitetinin alimləri tərəfindən hazırlanmış yumşaq dartıla bilən taçpad prototipini bədəndə daşımaq mümkündür. nplus1.ru saytı yazır ki, daxiletmə qurğusunun prototipi litium xlorid əlavəsinə malik poliakrilamid gelindən ibarətdir ki, bu da nəmliyi saxlamağa kömək edir və işçi səthin elektrik keçiriciliyini təmin edir. Taçpadın künc hissələrinə zəif dəyişən cərəyan verilir və insan barmağının toxunuşu zamanı dövrə qapanır. Bu halda sensorlar taçpadın künc hissələrindəki cərəyan dəyişikliyini qeydə alır və sistem bu göstəricilərə görə barmaqdan künclərin hər birinədək olan məsafəni hesablayır. Belə yanaşma taçpadın uzunluğundan asılı olmayaraq toxunuş koordinatlarını dəqiq müəyyənləşdirməyə imkan verir.
Xəstə haqqında məlumatları kompüterə ötürən cərrahi tikiş materialı yaradılıb
ABŞ alimləri yaranı sağaltmağa kömək edən və xəstənin vəziyyəti barədə informasiyanı kompüterə translyasiya etməyə imkan verən cərrahi tikiş materialı prototipini hazırlayıblar. “ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, bu, aşağıdakı qaydada həyata keçirilib: parça lifləri sanki “kimyəvi və fiziki müşahidə” aparmağa imkan verən sensor və elektrodlarla toxunulub. Belə nanoölçülü ötürücülər qan təzyiqi, bədən temperaturu, şəkər səviyyəsi və hətta stress kimi göstəriciləri izləyə bilirlər.
50 min dollara ayda dəfn mərasimi keçiriləcək
Amerika Federal Aviasiya Administrasiyasının özəl şirkətlərdən birinə Aya kosmik vasitə göndərmək üçün icazə verməsinin ardından "Moon Express” şirkəti 2017-ci ildə Aya səyahət çantası böyüklüyündə kapsul göndərməyi planlaşdırır. Azərtac xəbər verir ki, iki həftə ərzində Ayda təcrübələr həyata keçirəcək, dünyaya yüksək keyfiyyətli təsvirlər göndərəcək bu kapsulun sahibi olan şirkət, eyni zamanda, 2017-ci ildən etibarən öldükdən sonra yandırılan insanların külünü də dəfn etmək üçün Aya daşımağa başlayacaq.
Dırnaq uzatmaq üçün nə etməli? – Qulluq tövsiyələri
Dırnaqlarınıza nə qədər baxım göstərsəniz də hələ də uzanmır? Məcburən taxma dırnaqlardan istifadə etməli olursunuz? Bu yazını oxuyaraq dırnaqlarınızı təbii yollarla uzada bilərsiniz.
Cazibədar dodaqlar üçün bunu edin... - Xanımlara məsləhət
Günümüzdə bir çox qadın gözəl görünmək istəyir. Gözəlliyin zirvəsinə yiyələnmək üçün cazibədar makiyaj üsullarına və sadə dodaq boyalarına üz tutanlar az deyil. Tarixin klassik və məşhur makiyajlarından biri olan pişik gözü fərqliliyi ilə diqqəti cəlb edir.
Gündə 3 fincan çay içirsinizsə...
Çay çox faydalı və müalicəvi məhsuldur. Lakin çayın həddindən artıq miqdarda qəbulu ziyanlı ola bilər.
İşığın köməyi ilə məlumatların ötürmə sürəti üzrə yeni rekorda imza atılıb
Səudiyyə Ərəbistanından olan alimlər tərəfindən nanokristaldan yaradılmış material məlumatları işıq kanalı üzrə 2 QB-dək sürətlə ötürməyə imkan verir.
Geyimə quraşdırılan “bulud” saxlanc sistemi təqdim olunub
Alabama universitetinin iki mühəndisi tərəfindən hazırlanmış prototip üç akkumulyator batareyası və sensor ekrandan ibarət bir neçə "Raspberry Pi" mikrokompüterindən ibarətdir. Yaradıcıların sözlərinə görə, ideya istifadəçinin bir neçə qurğusunu geyimə bərkidilmiş bir serverə lokal qoşmağı nəzərdə tutur ki, bu da qurğuların serverin hesablama gücündən istifadəsinə imkan verəcək. Bu halda mobil qurğular böyük hesablama gücünə ehtiyac duymayacaq və mürəkkəb işlər zamanı geyimin altında gizlədilmiş mikrokompüterlərin gücündən istifadə edəcək.
“Google” şirkəti “Android” sistemini daha mükəmməl əməliyyat sistemi ilə əvəz edəcək
“Google” korporasiyası gələcəkdə “Android” və “Chrome OS” sistemlərini əvəz edə biləcək daha mükəmməl əməliyyat sistemi üzərində işə başlayıb.
Virtual reallıq və ekzoskelet pasiyentlərin iflic olmuş ayaqlarını qismən hərəkətə gətiriblər
Braziliya, ABŞ, İsveçrə və Almaniyadan olan alimlər qrupu virtual reallıq, neyrointerfeys və avtomatlaşdırılmış ekzoskeletin köməyi ilə pasiyentlərin iflic olmuş ayaqlarını qismən hərəkətə gətiriblər.
Öz toyuna xüsusi mahnı hazırladı
Evlənməyə hazırlaşan müğənni Gökhan Tepe dünən sevənləri üçün konsert verib.
"Rus NATO"sunun generalları İrəvana toplanırlar
Sabah Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müdafiə nazirləri şurasının iclası keçiriləcək.
Bergüzar Korelin yeni mövsüm hazırlığı
Aktrisa Bergüzar Korel ticarət mərkəzlərindən birində alış-veriş edərkən görüntülənib.
Şoyqu: “NATO-nun Suriyaya qanadlı raket zərbələrinin qarşısını aldıq”
“Rusiyanın atdığı addımlar NATO-nun Suriyaya qanadlı raket zərbələrinin qarşısını almağa imkan verib”.














