Dünya
Yıldırım: Türkiyə Suriyada hərbi əməliyyatları davam etdirəcək
Türkiyə Suriyada hərbi əməliyyatları cənub sərhədlərində terror təhlükəsi tam aradan qalxana kimi davam etdirəcək. "Anadolu" agentliyinin məlumat verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib.
Dağlıq Qarabağ münaqişəsinin həlli Avstriyanın ATƏT-dəki sədrliyinin prioriteti olacaq
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Avstriyanın ATƏT-dəki sədrliyinin prioritetləri sırasında olacaq.
Suriyada 1200 kv.km ərazi terrorçulardan təmizlənib
Suriyada İŞİD terror təşkilatına qarşı aparılan "Fərat qalxanı" çərçivəsində 1200 kv.km ərazi silahlılardan təmizlənib.
Türkiyə artilleriyası İŞİD-in mövqelərini bombaladı
Türkiyə artilleriyası və Hərbi-Hava Qüvvələri dünən İŞİD-in Suriyadakı mövqelərinə zərbələr endirib. APA-nın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında bildirilir.
Rusiya Dövlət Dumasına keçirilən seçkilərin yekun nəticələri açıqlanıb
Rusiya Mərkəzi Seçki Komissiyası Dövlət Dumasına keçirilən seçkilərin yekun nəticələrini elan edib.
Tarkanın tərli dəsmalı satışda
Bir müddət əvvəl EXPO 2016 çərçivəsində Antaliyada konsert verən Tarkan səhnədə olarkən əlindəki dəsmalı tamaşaçılara atıb.
Fahriye Evcen qısqanclıqdan bunu da etdi
Fahriye Evcen sevgilisi Burak Özçivitin anası ilə qonşu olacaq. Türkiyə mətbuatının məlumatına görə, aktrisa gələcək qayınanasının yaşadığı Eriklidə ev almaq istəyir. Evlilik yolunda daha bir addım atan cütlüyün bir-birinin ailəsi ilə tanış olması toyun da gecikməyəcəyindən xəbər verir.
Xarab məhsulları bir dəqiqə ərzində müəyyənləşdirmək mümkün olacaq
Amerikalı alimlər tərəfindən hazırlanmış cihaz məhsulların xəstəlik törədən mikroorqanizmlərə yoluxmasını bir dəqiqədə müəyyənləşdirmək qabiliyyətinə malikdir. 15 dəqiqə sonra qurğu təsdiqlənmiş nəticə təqdim edir.
Smartfon asılılığından xilas olmağın yolu tapılıb
Hollandiyalı startapçı tərəfindən hazırlanmış “DistractaGone” adlı sadə qurğu smartfondan asılılığı azaldacaq. Smartfon asılılığından xilas olma üsulu çox sadə olsa da, amma son dərəcə səmərəlidir. İdeya müəllifləri layihənin reallaşdırılmasına lazım olan vəsaiti “Kickstarter”də toplayırlar.
İnsan emosiyasını müəyyənləşdirən “Wi-Fi” marşrutlayıcı təqdim edilib
Yaxın vaxtlarda "Wi-Fi" marşrutlayıcılar öz sahibinin əhval-ruhiyyəsini müəyyənləşdirə biləcək. Massaçusets Texnologiya İnstitutunun nəzdində Kompüter Elmləri və Süni İntellekt Laboratoriyasının mütəxəssisləri tərəfindən ixtira edilmiş qurğu simsiz siqnalların köməyi ilə insanın emosional vəziyyətini müəyyənləşdirmək qabiliyyətinə malikdir.
Kerem Bursin yeni serialı üçün dəyişdi
Yeni serialı üçün idman salonlarından çıxmayan Kerem Bursin paylaşdığı foto ilə diqqət çəkib.
Məşhur türk serialı sona çatır
Bu gün Türkiyə telekanallarında 3 serial yeni mövsümə başlayır.
Qazaxıstanda doqquz terror aktının qarşısı alınıb
2016-cı ilin əvvəlindən Qazaxıstanda doqquz terror aktının qarşısı alınıb. Bu barədə RİA Novosti Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Nurqali Bilisbekova istinadən məlumat yayıb.
Qarabağda erməni əsgər özünü ÖLDÜRDÜ
Bir müddət əvvəl Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağdakı hərbi hissələrdən birində əsgər Narek Patatanyan müəmmalı şəkildə aldığı güllə yarasından ölüb.
AB Rusiyaya sanksiyaları ləğv edə bilər
Ukraynada siyasi və iqtisadi islahatlarda zəifləmə olsa, Avropa Birliyi Rusiyaya sanksiyaları ləğv edə bilər.














