Dünya

Facebook-da canlı yayım etmək üçün kamera satışa çıxarıldı

2 Noyabr 2016 19:06

Facebook-un canlı yayım xüsusiyyəti məşhurlaşdıqca elektron cihaz istehsalçıları da hərəkətə keçdi. "Mevo" şirkətinin təqdim etdiyi canlı yayım kamerası da bunlardan biridir. Facebook-da istər iş, istər səyahət edəcəyiniz yerlər haqda canlı yayım edərkən sizə telefon və ya laptop lazım olur.

"İran ABŞ-la Suriya üzrə danışıqlar aparmayacaq"

2 Noyabr 2016 18:59

İranın ali lideri Ayətullah Əli Xameneyi Suriya böhranı ilə bağlı Amerika Birləşmiş Ştatları ilə hər hansı danışığın mümkün olmadığını bəyan edib.

Gürcüstanda zəlzələ baş verib

2 Noyabr 2016 18:53

Gürcüstanın Oni şəhəri yaxınlığında, Raça-Leçxumi və Kvemo Svaneti regionunda 3,1 bal gücündə zəlzələ qeydə alınıb.

Ankara Moskvaya "çox sağ ol" dedi

2 Noyabr 2016 18:52

Moskva Türkiyədə baş vermiş çevriliş cəhdi zamanı kəşfiyyat məlumatlarının mübadiləsində Ankraya yardım göstərmişdi. Bununla bağlı Ankara Rusiya hökumətinə minnətdarlığını bildirir.

Almaniya qaçqınlar üçün əlavə 2,6 milyard avro ayıracaq

2 Noyabr 2016 18:24

Almaniya hökuməti qaçqınların ehtiyaclarının ödənilməsi üçün daha federal torpaqlara əlavə olaraq 2,6 milyard avro köçürəcək.

Ermənistan əhalisi sürətlə azalır - 46 ildə ilk dəfə

2 Noyabr 2016 18:22

2016-cı ilin 1 oktyabr tarixinə olan məlumata əsasən, Ermənistanda yaşayan daimi əhalinin sayı 2 milyon 993,9 min nəfərdir.

Türkiyənin məşhur meneceri HƏBS EDİLDİ

2 Noyabr 2016 18:12

FETÖ-çülərin aşkar edilməsi yönündə polisin istintaq əməliyyatı məşhur simanın həbsi ilə nəticələnib.

Cozef Bayden: “Tramp Putinlə yanaşı, mərhum Səddam Hüseynə də simpatizə edir”-  İTTİHAM

2 Noyabr 2016 17:34

“Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp açıq şəkildə Rusiya rəhbərliyinə simpatizə edir. Bu isə onun hətta İraqın mərhum lideri Səddam Hüseynə də simpatizə etməyə hazır olduğunu sübuta yetirir”. SİA-nın məlumatına görə, sözügedən fikirləri ABŞ-ın vitse-prezidenti Cozef Bayden Cənubi Karolina ştatının Samter şəhərində Klintonu dəstəkləyən mitinqdəki çıxışında bildirib.   

Türkiyə bankı Azərbaycandakı payına qiymət qoydu

2 Noyabr 2016 16:49

Türkiyənin “Ziraat Bank”ı “Azər Türk Bank” ASC-dəki payını təxminən 7 milyon manata sata bilər.

İraq ordusu Mosul şəhərinə hücumları dayandırdı

2 Noyabr 2016 16:47

İraqın hökumət qüvvələri əlverişsiz hava şərti ilə əlaqədar Mosul şəhərinin İŞİD qruplaşmasından azad edilməsi əməliyyatını dayandırıb. Bu barədə İraq ordusunun xüsusi təyinatlı dəstələrinin generalı Heydər Fədil məlumat verib

Zəlzələ Kolizeyə ziyan vurdu?

2 Noyabr 2016 16:34

Romanın məşhur qədim amfiteatrı Kolizey İtaliyanın mərkəzi hissəsində oktyabrın 26-sı və 30-da baş vermiş güclü zəlzələlərdən zərər görməyib.

TƏCİLİ: Türkiyədə zəlzələ oldu

2 Noyabr 2016 16:33

Məlumata görə zəlzələ saat 14:57 radələrindədə qeydə alınıb. Milli.Az xəbər verir ki, zəlzələnin yerin səthindən 10,21 kilometr dərinlikdə meydana gəldiyi müəyyən edilib.

Ölkə çempionu intihar etdi - Parkda özünə od vurdu

2 Noyabr 2016 16:31

Triatlon üzrə Latviya çempionu Dmirti Kalinin intihar edib. Olaylar.az atv.az-a istinadən bildirir ki, parkda özünə od vuran idmançı faciəvi şəkildə həyatını itirib. Onun cəsədi park ərazisindəki "Əbədi Məşəl" abidəsinin yaxınlığında tapılıb.

ABŞ-da seçki marafonu: Tramp Klintonu üstələdi

2 Noyabr 2016 16:19

ABŞ-da prezident seçkisinə bir həftə qalmış Donald Tramp seçicilər arasına populyarlığına görə rəqibi Hillari Klintonu üstələməyə başlayıb.