Dünya
Rusiyada hər 10 nəfərdən biri QİÇS-lidir
Bəla Azərbaycana da keçə bilərmi? "Rusiya şokdadır"... Bu ifadə Rusiyanın kütləvi informasiya vasitələrində son günlərdə sürəkli təkrarlanır. Səbəb isə Yekaterinburq şəhərindəki situasiyadır. Bu şəhərdə QİÇS/HİV epidemiyası elan olunub. Virus şəhər sakinlərinin 1,8 faizində, yəni 27 min yekaterinburqluda aşkarlanıb. Ümumiyyətlə isə Sverdlovsk vilayəti QİÇS virusunun daşıyıcılarının sayına görə Rusiyada birinci yerdədir. Rusiyada HİV/QİÇS virusu infeksiyasının "partlayış"ları 10 regionda qeydə alınıb. Bu ölümcül, hələlik müalicəsi olmayan xəstəliyə yoluxanların təxminən yarısı hansı bəlaya düçar olduqlarından xəbərsizdir.
İŞİD-in neft quyuları yanır - VİDEO
İŞİD-in neft quyuları yanır. Olaylar.az Trend-ə istinadən bildirir ki, İŞİD-in 2014-cü ilin iyunundan nəzarət etdiyi Mosul şəhərinin bir hissəsinin - Kayyaranın koalisiya qüvvələrinin əlinə keçməsindən sonra terror təşkilatının üzvləri ərazini tərk edərkən neft quyularını yandırıblar.
Atatürk hava limanında bomba həyəcanı
Türkiyədə polisə Türk Hava Yollarının İstanbul - Diyarbakır istiqamətində hərəkət edəcək sərnişin təyyarəsində bomba olması barədə məlumat daxil olub. Olaylar.az "Sputniknews"a istinadla bildirir ki, məlumat daxil olduqdan sonra təyyarədəki sərnişinlər təxliyə ediliblər.
Tanınmış kloun vəfat etdi
Ötən əsrin 70-80-ci illərində sabiq SSRİ məkanında uşaq və böyüklərin sevdiyi və maraqla tamaşa etdiyi komik sirk proqramlarının daimi 1 nömrəli oyunçusu Oleq Popov 86 yaşında qəflətən vəfat edib. Aktyor ötən gecə qastrola gəldiyi Rusiyanın Rostov şəhərində dünyasını dəyişib. Mehmanxanaya çağırılan təcili yardım Oleq Popovun vəfat etdiyini təsdiq edib. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.
Ermənistanda işçilər yolu bağladılar
Ermənistanın paytaxtı İrəvanda "Nairit" zavodunun keçmiş işçiləri etiraz aksiyası keçiriblər. Olaylar.az Trend-ə istinadən bildirir ki, etirazçılar zavoda gedən yolu hərəkət üçün bağlayıblar.
"Mosulu saxlayın, Türkiyəyə hücum edin" Əbu Bəkr əl Bağdadi
“İslam Dövləti” (keçmiş adı “İŞİD”) terror təşkilatının lideri Əbu Bəkr əl Bağdadi qələbə qazanacaqlarına əmin olduğunu deyib və Türkiyəyə hücum etmək əmrini verib. O, buna səbəb kimi Türkiyənin “ateistlərlə ittifaqda” olduğunu əsas gətirib. SİA xəbər verir ki, bu barədə France-Presse Əbu Bəkr əl Bağdadinin audioyazısına istinadən yazır. Audioyazı oktyabrın 17-də - Mosulun “İslam Dövləti”ndən azad olunması əməliyyatı başlandığı zaman ictimailəşdirilib. Bununla yanaşı, ekstremist-terrorçu təşkilatının lideri silahlılara İraq hökumət qüvvələrinin Mosula hücumu qarşılığında müqavimətlərini artırmağı və geri çəkilməməyi əmr edib.
Trampa qarşı dövlət səviyyəsində ANTİTƏBLİĞAT
“Respublikaçılar partiyasından prezidentliyə namziəd olan Donald Tramp qadınlara qarşı münasibətdə özünü yüngül insan kimi göstərib”.SİA-nın məlumatına görə, bu fikirləri ABŞ-ın vitse-prezidenti Cozef Bayden Florida ştatının Palm-Biç şəhərində Hillari Klintonu dəstəkləyən mitinqdəki çıxışında səsləndirib.
Türkiyə DİN-in 1218 əməkdaşı işdən çıxarılıb
Türkiyə Daxili İşlər Nazirliyi (DİN) Jandarm Baş Komandalığının 1218 əməkdaşı işdən çıxarılıb. “Report” "Habertürk"ə istinadən xəbər verir ki, bu haqda Türkiyə DİN məlumat yayıb. Onlar Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqə və əməkdaşlıqda şübhəli bilinirlər. İşdən çıxarılan əməkdaşlardan 419-u zabitdir.
Dəhşətli qətl
32 yaşlı azərbaycanlı sevgilisinin və onun 4 yaşlı qızının başını kəsdi Rusiyanın Orsk şəhərində baş vermiş dəhşətli qətlin təfərrüatı məlum olub. Lent.az-ın məlumatına görə, 1981-ci il təvəllüdlü ana və 4 yaşlı qızın meyitlərini ilk olaraq qadının anası görüb. O, ailənin böyük övladını gəzməkdən gətirərkən mənzilin qarşısında qan ləkələri görüb. Evə daxil olanda isə boğazı kəsilmiş qızı və anasının meyitlərini aşkar edib.
Suriyada daha 6 kənd İŞİD terrorçularından təmizlənib
Türkiyə Silahlı Qüvvələrinin “Fırat kalkanı” (“Fərat qalxanı”) adı altında Suriyada həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində daha 6 kənd terrorçu İŞİD qruplaşmasından azad edilib.
Avropa Məhkəməsi Ermənistana qarşı - Kütləvi ŞİKAYƏT
İnsan haqları üzrə Avropa Məhkəməsinin Ermənistana qarşı qəbul etdiyi qərarların sayı həm maliyyə, həm də sistem baxımından narahatedicidir. Olaylar.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın ombudsmanı Arman Tatoyan parlamentdə 2017-cü ilin büdcəsi ilə bağlı dinləmələr zamanı bildirib.
Məscidlər bağlanır
Fransa Daxili İşlər Nazirliyi ölkədə elan olunmuş fövqəladə vəziyyəti bəhanə edərək Parsin Le Yuvelin, Sen Deni, Val de Marna rayonlarında dörd məscidi bağlayıb. Qeyd edək ki, Fransada radikal ideoloji təbliğatı bəhanəs ilə son zamanlar 20 məscid bağlanıb. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.
Vanda zəlzələ
Ötən gün Türkiyənin Van bölgəsinin Tuşpa rayonunda axşam saat 18-19 radələrində 3.6 bal gücündə zəlzələ baş verib. Zəlzələ Tuşpanın Koşköy kəndi yaxınlığında yerin 5 kilometr dərinliyində qeydə alınıb.Yeraltı təkanlar yaxınlıqdaki yaşayış məntəqələrində də hiss olunub.Dağıntı və tələfat yoxdu. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.
Merkel Türkiyəni TƏHDİD ETDİ
Almaniya kansleri Angela Merkel Türkiyənin "Cümhuriyyət" qəzeti ətrafında baş verən son olaylara münasibət bildirib.
NATO-nun sabiq baş katibindən Obamaya İTTİHAM
NATO-nun keçmiş baş katibi, Ukrayna prezidentinin müşaviri Anders Foq Rasmussen ABŞ-ı dünyadakı münaqişələrin həllində aktiv iştirak etməyə çağırıb və prezident Barak Obamanı qətiyyətsizlikdə ittiham edib. Olaylar.az APA-ya istinadən bildirir ki, "Sky News"a müsahibə verən keçmiş baş katib bildirib ki, ABŞ prezidenti hərbi qüvvələrdən çox könülsüz şəkildə istifadə edir: "ABŞ dünyanın jandarmı kimi bizə lazımdır. Amerika məqsədyönlü qlobal liderlik nümayiş etdirməlidir. ABŞ-ın başqa ölkələrin işinə qarışmaqdan başqa yolu yoxdur. Böyük dövlətlər təqaüdə çıxmır".














