Dünya

“YouTube” üçün virtual reallıq əlavəsi təqdim edilib

11 Noyabr 2016 19:10

"Google" şirkəti istifadəçilərin "YouTube" servisinə bütün qurğulardan daxil olmalarına imkan yaradılması üçün əlindən gələni edir. Kompüterlərdə videoya brauzerlə baxmaq mümkündür, smartfon, planşet, "Android TV" sistemli qurğular və "ağıllı" televizorlar üçün ayrı-ayrı əlavələr mövcuddur. Bu dəfə isə şirkət "YouTube"a yeni "YouTube VR" servisi ilə virtual reallıqda baxmaq imkanı yaradıb. "YouTube"un mobil versiyasında əvvəllər  stereoskopik təsvir rejimini qoşmaq mümkün olsa da, başqa videonun seçilməsi üçün qarniturun başdan soyundurulması, smartfonun çıxarılması və lazımi çarxın axtarılması tələb olunurdu. "YouTube VR" əlavəsində interfeys bütünlüklə virtual reallıqda idarəetməyə adaptasiya edilib.   

İnstaqram-dan MÜDHİŞ YENİLİK - Canlı yayım olacaq

11 Noyabr 2016 19:05

İnstaqram-ın CEO-su Kevin Systrom sosial paylaşım platformasının canlı yayın xüsusiyyətinə sahib olacağını təsdiqləyib.

BMT: İŞİD tərəfdarları Mosulda kimyəvi silahdan istifadə edirlər

11 Noyabr 2016 18:26

İŞİD terror qruplaşmasının tərəfdarları Mosulda və şəhər ətrafında kükürd yandırır və onun tüstüsündən kimyəvi silah kimi istifadə edirlər. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə BMT İnsan Hüquqları üzrə Ali Komissarı Zeyd Raad əl-Hüseynin yaydığı bəyanatda deyilir.

Tramp Ərdoğanı təriflədi: "Qızım sizi sevir"

11 Noyabr 2016 18:05

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla ABŞ-ın yeni seçilmişı prezidenti Donald Tramparasındakı telefon danışıqlarının detalları yayılıb.

AKP müxalifətlə anlaşdı: Konstitusiya dəyişir

11 Noyabr 2016 17:48

Türkiyənin konstitusiyası dəyişəcək. Olaylar.az azvision.az-a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, yeni konstitusiya layihəsinin hazırlanmasında müxalifət partiyası olan Milliyyətçi Hərəkat Partiyası da iştirak edəcək. 

Ermənistan əhalisinin sayı ən aşağı həddə düşüb

11 Noyabr 2016 17:39

Ermənistanda daimi yaşayan əhalinin sayı 2,998,600 nəfərə düşüb. Modern.azErmənistan KİV-nə istinadən xəbər verir ki, statistika xidmətinin açıqladığı bu rəqəm Ermənistan tarixində ən aşağı göstəricidir. 2015-ci illə müqayisədə ölkə əhalisinin 12 min nəfər azaldığı müəyyən olunub.

ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Türkiyə və Rusiya ilə birgə işləyəcək

11 Noyabr 2016 17:32

ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Türkiyə və Rusiya ilə çalışmaqda davam edəcək.

Fransa prezidentinin Trampla müzakirə edəcəyi məsələlər- AÇIQLANDI

11 Noyabr 2016 17:30

Fransa prezidenti Fransua Olland ABŞ-ın yeni seçilən prezidenti Donald Trampla Ukrayna, Suriya, İraqdakı vəziyyəti, terrorçuluğa qarşı mübarizəni və başqa məsələləri müzakirə edəcək.

ABŞ siyasətini proqnozlaşdırılan və adekvat formaya dəyişməlidir

11 Noyabr 2016 17:28

"ABŞ qüvvələrini yenidən qruplaşdırmalı, siyasətini proqnozlaşdırılan və adekvat formaya dəyişməlidir."

Əfqanıstan ordusu "Taliban" hərəkatının iki aparıcı komandirini öldürüb

11 Noyabr 2016 17:23

"Taliban" radikal hərəkatının iki aparıcı komandiri Əfqanıstanın qərbində həyata keçirilən hərbi əməliyyat zamanı öldürülüb.

İraq hərbçiləri Mosulda 961 məhbusun saxlandığı yeraltı həbsxana aşkar ediblər

11 Noyabr 2016 17:22

İraq təhlükəsizlik qüvvələri Mosul şəhərində İŞİD terrorçuları tərəfindən tutulmuş rayonlardan birində yeraltı həbsxana aşkar ediblər.

Ukrayna MDB-dən çıxır

11 Noyabr 2016 17:16

Ukrayna Ali Radasının deputatları ölkənin MDB-də üzvlüyünə son vermək üçün Ali Radaya müraciət ediblər.

Qarnı ağrıyan 14 yaşlı qız 6 aylıq hamilə çıxdı

11 Noyabr 2016 16:35

Şanlıurfada 8-ci sinif şagirdinin sağlığında yaranan problem hər kəsi şoka salıb. Milli.Az Milliyet-ə istinadən bildirir ki, ailəsi tərəfindən şiddətli qarın ağrısı şikayətiylə Suruç Dövlət Xəstəxanasına aparılan 8-ci sinif şagirdi M.G.-nin 6 ay yarımlıq hamilə olduğu məlum olub.

Ermənistan Türkiyədən yardım alıb - 50 milyon dollar

11 Noyabr 2016 16:32

2015-ci ildə Türkiyə Ermənistana humanitar yardım göndərib. 

Gənc qadının qorxunc planı - Məktəbdə kütləvi qətl

11 Noyabr 2016 16:29

Finlandiyanın paytaxtı Helsinkinin kütləvi qətlə hazırlıqda ittiham olunaraq sentyabrda polis tərəfindən saxlanılan gənc sakini ən azı 40 nəfəri öldürmək istəyirmiş.