Dünya

Türkiyədə PARTLAYIŞ: yaralılar var - VİDEO

14 Noyabr 2016 17:17

Maltepedə bir elektron firmasına kuryer ilə gələn paketdə partlayıcı qurğu işə düşüb. Milli.Az Milliyet-ə istinadən bildirir ki, ilkin məlumatlara görə, 3 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya aparılıblar.

Proqnoz: Trampın prezidentliyi dövründə ÜDM, inflyasiya və uçot dərəcəsi artacaq

14 Noyabr 2016 17:12

ABŞ iqtisadiyyatı Donald Trampın prezidentliyi dövründə yeni eraya qədəm qoyacaq. "APA-Economics" xəbər verir ki, bu barədə "Wall Street Journal" yazır.

Saakaşvilinin daha bir adamı vəzifədən getdi

14 Noyabr 2016 17:09

Ukrayna Milli Polisinin rəhbəri Xatiya Dekanoidze istefaya gedib. Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı "Obozrevatel" portalı özünün etibarlı mənbələrinə istinadən yayıb.

Səfir: "Tehranda İran, Rusiya və Azərbaycan prezidentlərinin görüşünün təşkilində maraqlıyıq"

14 Noyabr 2016 17:08

"Biz gələn il Tehranda İran, Rusiya və Azərbaycan prezidentlərinin görüşünün keçirilməsində maraqlıyıq".

"Avropa İttifaqı Türkiyəni terrorizmlə mübarizədə tək qoydu"

14 Noyabr 2016 16:50

"Avropa İttifaqı Türkiyəni terrorizmlə mübarizədə tək qoydu". Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu baş nazirin müavini Numan Kurtulmuş Ankarada Nazirlər Kabinetinin iclasının yekunu üzrə deyib. Onun sözlərinə görə, Ankara üçün terrorizmlə mübarizə prioritetlərdən biridir: "Türkiyə bütün terror təşkilatları ilə inadcıl mübarizəni davam etdirəcək".

Məmur uşaqlarının xaricdə oxuması qadağan edilir

14 Noyabr 2016 16:13

Rusiya Dumasında dövlət məmurlarının yetkinlik yaşına çatmayan uşaqlarının xaricdə təhsil almasını qadağan edən qanun layihəsi müzakirəyə çıxarılıb.

Rusiya ilə İran arasında viza rejimi ləğv oluna bilər

14 Noyabr 2016 16:06

Rusiya ilə İran arasında vizalar gələcəkdə ləğv oluna bilər. Olaylar.az Trend-ə istinadən bildirir ki, bu sözləri Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko deyib.

Ərdoğan facetime ilə elçilik etdi

14 Noyabr 2016 16:02

15 iyul gecəsi tərəfdaşlarını meydanlara səsləyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu dəfə facetime vaistəsilə elçilik edib. Prezident məşhur türkiyəli aktyor Murat Yıldırım və sevgilisi İmane Elbani ilə görüşüb. Qısa söhbətdən sonar Ərdoğan facetime – görüntülü zənglə Elbaninin ailəsi ilə danışıb. Prezident həyat yoldaşı Əminə Ərdoğanla birgə Murat Yıldırım üçün elçi düşüblər. Ailədən müsbət cavab alan cütlüyün sevinci rəsmlərdən də aydın görülüb.

Altın Kelebek mükafatı sahiblərinə təqdim olundu

14 Noyabr 2016 15:37

Ötən gün Türkiyədə tamaşaçıların səsverməsi ilə keçirilən  43 – cü “Altın Kelebek” mükafatları öz sahiblərinə təqdim edilib. Mükafat məkan olan Zorlu Center –də təqdim olundu. Televiziya və musiqi sahəsinin ən yaxşılarını seçən mükafatlandırma mərasimi bu il də “Pantene Altın Kelebek Ödülləri” adı ilə təqdim olunub. Aktrisa Pelin Akil və şoumen Okan Bayülgenin aparıcılıq etdiyi gecə də 30 mükafat sahiblərinə qovuşdu.

Rusiya təyyarəsi ABŞ səmasında

14 Noyabr 2016 14:37

Rusiya pilotları 14-19 noyabr tarixlərində ABŞ səmasında uçuş keçirəcək. Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Nüvə Təhlükəsinin Azaldılması Milli Mərkəzinin rəisi Sergey Rıjkov məlumat verib.

Türkiyədə dollar sürətlə bahalaşır

14 Noyabr 2016 14:28

Türkiyədə ABŞ dollarının cari məzənnəsi yeni psixoloji və tarixi rekord səviyyəyə - 3,30 TRY/USD-yə yaxınlaşır. 

Şok kadrlar: ofisiant 10 aylıq uşağı oğurladı - VİDEO

14 Noyabr 2016 14:00

Qadın 10 aylıq oğlunu qucağına alaraq restorana girmişdi. O, şam yeməyi yemək istəyirdi. Restorandakı ofisiant qızlardan biri qadına uşağı saxlamağı təklif edib. Ana razılaşıb və "Əlimi yuyana qədər saxlasanız, minnətdar olaram" deyib. Qadın əlini yumağa gedəndə isə ofisiant qız uşağı da götürərək restoranı tərk edib.

Oğurluq neft daşıyan gəmiləri partlatdılar - VİDEO

14 Noyabr 2016 13:49

Nigeriyanın Hərbi-Hava Qüvvələrinin helikopterləri ölkənin cənubunda, Niger ştatının deltasında oğurluq neft daşıyan iki barjanı məhv ediblər.

Trampa ən gözəl cavabı Mərvə verdi

14 Noyabr 2016 13:42

Hələ 2015-ci ildə, prezidentliyə namizədliyi irəli sürülmədən öncə milyonçu Donald Tramp (ABŞ-ın indiki prezidenti) NBC News telekanalına qalmaqallı bəyanatla çıxış edib.  Çıxışında o qeyd edib ki, ABŞ-da müsəlmanlar üçün məlumatlar bazasını, eləcə də "onları izləmək üçün digər sistemlər də"  yaratmaq lazımdır.

Vaşinqton riskli addımlara start verir

14 Noyabr 2016 13:33

Birləşmiş Ştatların daxili və xarici siyasətində dönüş baş verəcəkmi? Hazırda bütün dünya dövlətləri Donald Tramp erasına hazırlaşır desək, yanılmarıq. Çünki amerikalıların belə proqnoz edə bilmədiyi halda Donald Trampın Ağ Ev rəhbəri seçilməsi “demokratlarla yola davam” ideya və arzusu ilə yaşayan Vaşinqtona yaxın dövlətləri indi bəzi addımlar atmaq məcburiyyətində qoyub. Çünki Trampın seçki kampaniyası ərəfəsində ortaya qoyduğu platforma nəinki Birləşmiş Ştatların müttəfiqləri, hətta düşmənləri tərəfindən ciddiyə alınmırdı.