Dünya

ABŞ-da prezidentin birbaşa seçilməsi təklif olunur

17 Noyabr 2016 11:44

Kaliforniya ştatının senatoru Barbara Bokser ABŞ Senatına Seçicilər Kollegiyasının ləğvi və prezidentin birbaşa seçilməsinə keçid haqqında qanun layihəsi təqdim edib.

Patrik Hikkinin Braziliyanı tərk etməsinə icazə verildi

17 Noyabr 2016 11:42

Rio-de-Janeyro məhkəməsi Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti Patrik Hikkinin Braziliyanı tərk etməsinə icazə verib. Olaylar.az report-a istinadən bildirir ki, irlandiyalı bundan ötrü 435 min avro girov qoymalıdır.

Din adamı 15 yaşlı qızı 100 manata satdı

17 Noyabr 2016 11:40

İtaliyada 15 yaşlı uşağı 50 avro (təxminən 100 manat) qarşılığında satan rahib tutulub.

Rusiya MN: Suriyada "Cəbhət ən-Nüsra"nın 30-dək üzvü məhv edilib

17 Noyabr 2016 11:39

Rusiya təyyarələri Suriyada "Cəbhət ən-Nüsra" terrorçu qruplaşmasının mövqelərinə aviazərbələr endirib.

ABŞ hakimiyyəti Donald Trampın prezidentliyi dövründə də vətəndaşları izləyəcək

17 Noyabr 2016 11:34

"ABŞ hakimiyyəti Donald Trampın prezidentliyi dövründə də vətəndaşların internetdə fəallığını izləyəcək və telefon danışıqlarını dinləyəcək".

Sinan özünə ev aldı

16 Noyabr 2016 21:01

Müğənni Sinan Akçıl özünə yeni ev alıb. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ötən gün müğənni alqı-satqı mərkəzindən çıxarkən görüntülənib. Jurnalistlərin “yeni ev aldınız, yoxsa, maşın?” sualına, Sinan “ilk təxmin etdiyiniz daha doğrudur”, - deyə cavab verib.

Nurgül Yeşilçay: "Obraza uzun müddət hazırlaşdım"

16 Noyabr 2016 20:50

Noyabrın 18-dən etibarən “Möhtəşəm yüzyıl:Kösəm Sultan” serialında Kösəm Sultan obrazı ilə ekranlara gələn Türkiyənin məşhur aktrisası Nurgül Yeşilçay rolu barədə danışıb.

“Google” aşağı təsvir ölçülü təsvirin keyfiyyətinin yaxşılaşdırılması texnologiyasını təqdim edib

16 Noyabr 2016 20:35

Çox vaxt internetdə tapılmış şəklin keyfiyyəti aşağı olur və onu böyüdən zaman piksellər səpələnir. Ancaq xüsusi agentlərdən bəhs edən müxtəlif filmlərdə xüsusi proqram aşağı təsvir ölçülü şəklin keyfiyyətini bir anda yaxşılaşdırır. Bu günə qədər belə texnologiya əlçatmaz idi, amma “Google” şirkəti tərəfindən hazırlanmış “RAISR” texnologiyası artıq bu problemi aradan qaldırıb.

Süni neyroşəbəkə virtual obyektlərin çəkisini öyrənəcək

16 Noyabr 2016 20:25

ABŞ alimləri virtual obyektlərin say xüsusiyyətlərini müəyyənləşdirə bilən süni intellekt sistemi yaradıblar. “ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, kompüter təlimi sahəsində əldə edilən son nailiyyətlər süni neyroşəbəkələrə insanla, məsələn, şifahi nitqin və ya sifətin tanınması kimi müxtəlif əlavələrdə yarışmağa imkan verir. Lakin kompüterlər obyektlərin xüsusiyyətlərini müəyyənləşdirməkdə acizdirlər. Məsələn, neyroşəbəkənin idarə etdiyi robotun manipulyatoru qapı dəstəyinə doğru aparmasını öyrənməsi üçün təxminən iki saat lazımdır.

Yapon alimləri daşınan terahers skaner icad ediblər

16 Noyabr 2016 20:10

Yaponiyalı alimlər tərəfindən yaradılmış yığcam elastik datçik terahers radiasiyaya qarşı həssasdır. Terahers radiasiya submillimetrik dalğaya (0.1– 1 mm) malik elektromaqnit şüalanmanın növüdür və yüksək nüfuzetmə qabiliyyəti və təhlükəsizliyi sayəsində əksər obyektləri, həmçinin canlı orqanizmləri “işıqlandırmağa” imkan verir. Məsələn, bəzi aeroportlarda sərnişinlərin yoxlanılması üçün terahers skan etmə tətbiq edilir. Ancaq mövcud qurğuların ölçüsü böyükdür və lazımi həssaslığa nail olmaq üçün detektor absolyut sıfıra yaxın temperaturadək soyudulmalıdır.

“5G” şəbəkələrinə 2022-ci ilədək yarım milyarddan çox qurğu qoşulacaq

16 Noyabr 2016 20:00

“Ericsson” şirkəti  genişzolaqlı mobil internet bazarına həsr edilən hesabat dərc edib.   “ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, sənədə görə, beşinci nəsil mobil rabitə (5G) şəbəkələrinə qoşulmaların sayı tezliklə 550 milyardı ötəcək, lider region isə bütün “5G” qoşulmalarında payı 25 faiz təşkil edən Şimali Amerika olacaq. İkinci yerdə ümumdünya həcmində payı təxminən 10 faizə bərabər olacaq Asiya-Sakit okean regionu qərarlaşacaq. Qərbi Avropanın “5G” şəbəkəsindən istifadədə payı təxminən 5 faizə çatacaq.  

İndi “Skype” xidmətindən qeydiyyatsız istifadə mümkündür

16 Noyabr 2016 19:53

İndi bir çox onlayn xidmətlər və veb saytlar qeydiyyatsız istifadəçilərin öz  imkan və funksiyalarından istifadəsinə icazə vermirlər. Ancaq son zamanlar bəzi nəhəng şirkətlər bu qaydadan imtina edirlər. Məsələn, “Facebook” şirkəti öz müştərilərinə “Messenger”dən qeydiyyatsız istifadə imkanı yaradıb. İndi “Microsoft” şirkətinə məxsus “Skype” xidmətində də belə addım atılıb.

Tarkan və xanımı sərgidə

16 Noyabr 2016 19:48

Müğənni Tarkan həyat yoldaşı Pınar Dileklə birgə İstanbul bienalında (bienal - iki ildən bir təşkil edilən sənət sərgisi- red.) iştirak edib.