Dünya

ABŞ dövlət katibi İsrailin hərəkətlərini tənqid edib

5 Dekabr 2016 12:48

ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri Fələstin ərazilərində yaşayış məskənlərinin tikintisinə görə, İsraili tənqid edib.

Rusiyada polis polkovniki və 5 ailə üzvünün qətlində şübhəli bilinən azərbaycanlıların məhkəməsi başlayır

5 Dekabr 2016 12:43

Bu gün Rusiyanın Samara vilayət məhkəməsində DİN-in regional bölməsinin keçmiş rəis müavini, polkovnik Andrey Qoşt və ailə üzvlərinin ölümündə şübhəli bilinən azərbaycanlıların məhkəməsi başlayır.

Prezident qonaq oldu

5 Dekabr 2016 12:28

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Kayseridə mitinqdə olarkən bir pankart diqqətini çəkir. “Davan davamız, bu yolda gönül verdik, çayımızı demledik, sizi de beklerik” şuarının sahibi ilə tanış olmaq istəyib.  Pankartın müəllifi Ali Rıza Özderici İmam Hatip liseyinin sonuncu sinfində təhsil alan Pembe Betül Karasun olduğu məlum olub. Melikgazi qəsəbəsində yaşayan 17 yaşındakı Betülün pankartdakı dəvətini qəbul edən prezident Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı, Binali Yıldırım, Mehmet Özhaseki ilə birgə ziyarət edib. Prezident gənc qıza Qurani – Kerim və Muzaffer Kahramanın “Susturamazsınız” adlı kitabına “Sevgili Betül kızıma sağlıqlı və başarı dolu bir ömür dileğiyle” sözlərini yazıb.

İŞİD sabiq kəşfiyyatçıları əsir götürüb

5 Dekabr 2016 12:23

İŞİD terror qruplaşması Havica şəhəri yaxınlığımda 35 nəfər keçmiş ordu kəşfiyyatçısını əsir götürüb. SİA-nın məlumatına görə, bu barədə "Al Mada Press"  agentliyi güc strukturlarındakı mənbəyə istinadən xəbər yayıb. Onlar gecə saatlarında oğurlanaraq naməlum istiqamətə aparılıblar. Yaraqlılar sabiq kəşfiyyatçıları İraq təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etdikləri üçün əsir götürüblər.

Avropa Komissiyasının yüksək vəzifəli əməkdaşının qızını zorlayıb öldürdülər

5 Dekabr 2016 12:21

Almaniyada Avropa Komissiyasının yüksək vəzifəli məmurunun 19 yaşlı qızı Əfqanıstandan olan mühacir gənc tərəfindən zorlanıb və qətlə yetirilib. Bu dəhşətli hadisə barədə "The Daily Mail" qəzeti yazır.

Erməni əsilli nazirin istefası tələb olundu

5 Dekabr 2016 12:18

Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakovun istefası tələb ilə Kiyev vilayətindəki evinin qarşısında aksiya keçirilib. Aksiyada 2 minə yaxın insan iştirak edib.

Rusiya S-300 sistemini İrana göndərib

5 Dekabr 2016 12:16

Rusiya S-300 havadan müdafiə sistemlərinin bütün hissələrinin İrana göndərilməsini başa çatdırıb. Bu sözləri İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin mətbuat katibi Hüseyn Nəqavi-Hüseyni deyib.

Binəli Yıldırımın Rusiyaya səfəri başladı

5 Dekabr 2016 12:14

Türkiyənin baş naziri Binəli Yıldırımın Rusiyaya rəsmi səfəri başlayıb.  Bu barədə baş nazirin adminstrasiyası məlumat yayıb. Səfər dekabrın 7-dək davam edəcək.

Tramp iki "tweet" atdı: Çin yuanı dəyərini itirdi

5 Dekabr 2016 11:37

21 yanvarda ABŞ-ın yeni prezidenti olaraq kürsüsünə oturmağa hazıralaşan Donald Tramp indidən gündəm yaratmaqda davam edir.

Gürcüstan valyuta bazarında çaxnaşma yaradıb

5 Dekabr 2016 11:33

Gürcüstanın hökuməti iqtisadiyyatı stimullaşdırmaq, sosial gərginliyi azaltmaq və milli valyuta olan larinin devalvasiyasının qarşısını almaq məqsədilə tədbirlər paketi hazırlayıb.

Rusiyada baş verən qəzada 11 uşaq öldü - VİDEO

5 Dekabr 2016 11:13

Rusiyanın Tümen vilayətində Xantı-Mansiysk avtomagistralında baş verən qəzada 12 nəfər ölüb, onlardan 11-i uşaqdır. Xəsarət alan 34 nəfərdən isə 27-nin uşaq olduğu bildirilib.

Məhəmməd Nəsir öldürülüb

4 Dekabr 2016 21:06

Əfqanıstanda İŞİD terror qruplaşmasının liderlərindən biri məhv edilib. APA-nın "Gazeta.ru"-ya istinadən verdiyi xəbərə görə, Məhəmməd Nəsir adlı səhra komandiri Darzab şəhəri yaxınlığında Əfqanıstan hərbçiləri tərəfindən öldürülüb.   Məlumata görə, M.Nəsir ilə yanaşı daha iki silahlı məhv edilib.