Dünya

Obama Hələblə bağlı tapşırıq verdi 

14 Dekabr 2016 11:39

ABŞ prezidenti Barak Obama Suriyanın Hələb şəhərində əhaliyə qarşı artan ekskalasiyanın fəallığının qarşısının alınması və humanitar yardımın əlçatılan olması üçün mümkün ölçülərin götürülməsi tapşırığını verib. SİA-nın məlumatına görə bu barədə “interfax.ru” saytı Ağ ev rəsmisi Coş Ernestin xəbərinə istinadən yazır.   Bundan əlavə, Obama Hələbdən çıxmaq istəyənlərə bu istiqamətdə yardım etmək tapşırığını da verib.

Rusiya və Türkiyə Suriyanın ərazi bütövlüyü prinsipinə sadiqdirlər

14 Dekabr 2016 11:33

Suriya münaqişəsinin nizamlanmasında Rusiya və Türkiyənin məqsədləri üst-üstə düşür -  Moskva və Ankara Suriyanın ərazi və siyasi bütövlüyü prinsipinə sadiqdirlər.

Tramp ABŞ-ın DİN rəhbəri vəzifəsinə namizədini açıqlayıb

14 Dekabr 2016 11:31

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp daxili işlər naziri postuna Respublikaçılar partiyasından Nümayəndələr Palatasının üzvü, “dəniz suitiləri” (Navy Seal)  xüsusi təyinatlılar dəstəsinin sabiq kapitanı Rayan Zinkin namizədliyini irəli sürüb.   

Rusiyanın İstanbuldakı baş konsulluğunun mühafizəsi gücləndirilib

14 Dekabr 2016 11:29

Rusiyanın İstanbuldakı baş konsulluğunun mühafizəsi gücləndirilib. Buna səbəb şəhərdə Rusiyanın əleyhinə aksiyaların keçirilməsidir.  Bu barədə Rusiyanın İstanbuldakı baş konsulluğunun mətbuat katibi Sergey Losev bildirib.      

İŞİD Qahirədəki terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

14 Dekabr 2016 11:17

"İslam dövləti" terror təşkilatı Misirin paytaxtı Qahirədə kilsədə baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. Bu barədə Trend İnterfaks agentliyinə istinadən xəbər verir.

Rusiya nəhayət etiraf etdi: "Vuruşuruq"

14 Dekabr 2016 11:13

Rusiyanın Müdafiə Nazirliyi Suriyadakı vətəndaş müharibəsində ölkə prezidenti Bəşər Əsədə dəstək olaraq orada rusiyalı hərbçilərin şəhər döyüşlərində iştirakını qətiyyətlə təkzib edirdi.

Təcavüz etmək istədiyi qadını avtobusda təpiklədi

14 Dekabr 2016 11:12

Türkiyədə daha bir qadın avtobusda təpiklənib. 46 yaşlı Murat adlı şəxs avtobusda Sevim T. adlı qadını təpikləyib. O, avtobusun qapısı açılan zaman qadına təpik vuraraq onu yerə yıxıb. Qadın müvazinətini saxlaya bilməyərək avtobusdan yerə düşüb. Onun köməyinə yaxınlıqdakı insanlar çatıblar. 

Facebook-a mobil telefonlarla daxil olanlara şad xəbər

14 Dekabr 2016 11:06

Android telefonu olan Facebook istifadəçilərinə yeni xəbər var. "Apple" istifadəçilərinə daha əvvəl gələn bu xüsusiyyət Android həvəskarlarına artıq yeniləmədən sonra gələcək.

Pentaqon: "Parisdə baş vermiş terror aktının təşkilatçıları öldürülüb"

14 Dekabr 2016 11:04

ABŞ-ın Müdafiə Nazirliyi ötən ilin noyabrında Fransanın paytaxtı Paris şəhərində törədilmiş, 130 nəfərin öldürülməsi ilə nəticələnmiş terror aktının təşkilatçıları olmaqda şübhəli bilinən 2 nəfərin Suriyada öldürülməsi iddiası ilə çıxış edib.

İŞİD-in "uğur" sirri: məsələ döyüşmək deyil...

14 Dekabr 2016 10:55

Suriyanın Homs vilayətindəki Palmira şəhəri yenidən "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının əlinə keçəndən sonra bu bölgədə situasiya xeyli kəskinləşib.

Türkiyədə tanınmış jurnalist və ekspert Hüsnü Mahalli həbs edilib

14 Dekabr 2016 10:46

Türkiyədə Suriya əsilli tanınmış jurnalist və Yaxın Şərq üzrə ekspert Hüsnü Mahalli həbs edilib. Məlumata görə, H. Mahalli “Twitter”də Türkiyənin dövlət böyüklərinə həqarət etməkdə ittiham olunur. O, dekabrın 13-də axşam saatlarında İstanbulda polis tərəfindən saxlanılıb. Jurnalistin evində axtarış aparılıb və bəzi digital vasitələr müsadirə edilib.

Rusiya-NATO gərginliyi 2017-ci il üçün əsas təhdid hesab olunub

14 Dekabr 2016 10:44

Rusiya ilə NATO ölkələri arasında münasibətlərin kəskinləşməsi 2017-ci ildə əsas təhdid ola bilər.