Dünya

Azərbaycanda 4 mərtəbədən artıq binanın tikintisi qadağan edilib

27 Dekabr 2016 12:52

Azərbaycanda bina və qurğular layihələndirilərkən onların qış fəsli şəraitində inşa edilməsi nəzərdə tutulmalı olan tədbirlər müəyyənləşib.

Ermənistanda vəzifəli şəxslər rüşvət üstündə saxlanılıb

27 Dekabr 2016 12:48

Ermənistan Əmək və Sosial Məsələlər Nazirliyinin Tibbi və Sosial Ekspertiza Agentliyinin rəhbəri və şöbə müdiri rüşvət almaq ittihamı ilə saxlanılıb. Əməliyyatı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları keçirib. Xidmətdən bildiriblər ki, dövlət agentliyində uzun müddət fəaliyyət göstərən korrupsiya sxemi mövcud olub. Qurumdakı səlahiyyətli şəxslər aldıqları rüşvəti daha yüksək rütbəli məmurlara ötürüb. Belə ki, təkrar ekspertiza üzrə yerli komissiyalar vətəndaşlara əlillik dərəcəsi vermək üçün bunun müqabilində onlardan 20-40 min dram məbləğində (75-150 manat) rüşvət tələb edirmiş. Alınan rüşvət komissiya üzvləri arasında bölüşdürülüb, bir hissəsi isə agentliyin rəhbərliyinə göndərilib. Agentlik rəhbərinin kabinetində aparılan axtarış zamanı 2.547 000 dram və 600 dollar pul aşkarlanıb.

Moskvada onlarla aviareys təxirə salındı

27 Dekabr 2016 12:42

Bu gün Moskvada hava şərtləri ilə əlaqədar onlarla uçuş təxirə salınıb. Şeremetyevo hava limanında 31, Domodedovo hava limanında isə 13 reys təxirə salınıb. Həyata keçirilən reyslərin vaxtında isə ləngimələr var. Uçuşların nə zaman həyata keçiriləcəyi barədə məlumat verilməyib. Trend.az

Bu ilin ən bərbad filmləri - tamamilə vaxt israfıdır

27 Dekabr 2016 12:30

Türkiyənin məşhur "Onedio" portalı 2016-cı ilin ən bərbad filmlərindən ibarət siyahı hazırlayıb.

Məşhur aktrisadan daha bir iyrənc etiraf

27 Dekabr 2016 12:27

Baş rollarını Kris Pratt ilə paylaşdığı "Passengers" (Yolçular) filmiylə gündəmə gələn məşhur aktrisa Cennifer Lourens qatıldığı verilişlərin birində etirafları ilə diqqət çəkib.

Gəlin namizəd bəy üçün studiyada elə oynadı ki... - VİDEO

27 Dekabr 2016 12:21

Evlilik proqramları ilə bağlı qalmaqal və mübahisələr bitmək bilmir.  Zuhal Topalın aparıcılıq etdiyi izdivac verilişində gəlin namizəd Dilek ona elçi düşən oğlanın qarşısında göbək rəqsi oynayıb. Milli.Az maraqlı görüntüləri təqdim edir:

Ermənistanda 100%-lik qiymət artımı qara bayram

27 Dekabr 2016 12:17

Yeni il ərəfəsində Ermənistanda bir sıra məhsulların qiymətlərində artım baş verib. Məlumata görə, bu barədə “tert.am” saytına “İsehlakçıların məsləhət Mərkəzi”nin sədri Karen Çilingəryan danışıb. Qeyd edilir ki, qiymət artımı xüsusilə meyvələrin, tərəvəzlərin eləcə də digər bostan bitkilərinin satışında nəzərə çarpıb. Eləcə də digər məhsullarda da qiymət artımı müşahidə olunur.

Rusiyalı general şokda HƏLƏB QƏTLİAMI

27 Dekabr 2016 12:14

Rusiyalı hərbçilər Hələbin terrorçulardan azad edilmiş ərazilərində insanların kütləvi şəkildə basdırılmış məzarlığını aşkar ediblər. Bu barədə  Rusiyanın müdafiə nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov jurnalistlərlə söhbətində bildirib.

"Canlı bomba"nı bazarda parçaladılar

27 Dekabr 2016 12:08

Nigeriyanın Mayduquri bölgəsindəki Kasuvay şəhərində yerləşən "Kasuvay Şanu" davar bazarında ikinci terror partlayışının qarşısı alınıb. Bazardakı kütlə "canlı bomba" olan qadını döyərək öldürüb.

Suriyada İŞİD-in 158 hədəfi məhv edildi

27 Dekabr 2016 12:05

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında apardığı "Fərat qalxanı" antiterror əməliyyatı davam edir. Əməliyyat çərçivəsində Əl-Bab bölgəsində İŞİD terror qruplaşmasının 158 hədəfi məhv edilib. Həmçinin 13 terrorçunun zərərsizləşdirildiyi bildirilir. Trend.az

Moskvada qadını girov götürən şəxs intihar edib

27 Dekabr 2016 11:57

Moskvada polislərə atəş açan və bir nəfəri girov götürərək mənzillərin birində gizlənən şəxs özünə qəsd edib. Məlumata görə, girov götürülmüş qadın azad edilib.  Silahlı şəxsin saxlanılması üçün 8 saat hazırlanan əməliyyatda polis, Milli Qvardiya, FHN və İstintaq Komitəsinin əməkdaşları iştirak ediblər. 

Marsda qaşıq tapıldı? - VİDEO

27 Dekabr 2016 11:54

ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) Mars planetinə yolladığı kosmik aparat unikal tapıntı aşkarlayıb. "Qırmızı planet"in səthində qaşıq görüntülənib. Skott Uorinqin dediyinə görə, Marsda belə tapıntı unikal sayıla bilər. NASA isə Marsda aşkarlanan cismin qaşıq yox, pareydoliya nəticəsi olduğunu bəyan edib. Pareydoliya hər hansı səthdə müəyyən əşyanın görüntüsü effekti ilə bağlı illüziyadır. Milli.az

Rusiyanın Türkiyədə yeni səfiri kim olacaq?

27 Dekabr 2016 11:47

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Privoljski federal dairəsinin səlahiyyətli nümayəndəsi Mixail Babiçin RF-nin Türkiyədə səfiri təyin olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Bu barədə RİA Novosti xəbər verir. Bundan əvvəl "Dojd" telekanalı bildirmişdi ki, M.Babiç Türkiyədə yeni səfir təyin edilə bilər. Məsələyə münasibət bildirən D.Peskov deyib: "İlk dəfədir eşidirəm".

Təyyarə havaya qalxarkən qəzaya düşdü: yaralılar var

27 Dekabr 2016 11:46

Hindistanın Qoa ştatında "Jet Airways" aviaşirkətinə məxsus təyyarə uçuş-eniş zolağından çıxıb. Bu barədə "lenta.ru" saytı xəbər verir. Məlumata görə, içərisində 161 nəfər - 154 sərnişin və 7 heyət üzvü olan təyyarə uçuşa qalxarkən idarəetməni itirərək zolaqdan çıxıb. Sərnişinlərin təxliyə olunması zamanı 12 nəfər xəsarət alıb. Qəzanın baş vermə səbəbləri məlum deyil. Trend.az