Dünya

ABŞ-ın Suriyaya yeni hücum ANONSU

10 Aprel 2017 13:44

Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Vaşinqtonun Suriyaya yeni raket zərbələri vura biləcəyi barədə xəbərdarlıq edib. Nazir vurğulayıb ki, ABŞ Suriyada öz hərəkətləri ilə Qərbin aydın siqnalını çatdırıb. “Onlar bunu yenidən edə bilərlər. Şübhə yoxdur ki, ABŞ-ın hərəkətləri əslində Suriyada vəziyyəti dəyişdirir”, - Conson qeyd edib. Daha əvvəl isə ABŞ prezidentinin müşaviri general Gerbert Makmaster Amerikanın Suriya hökumət qüvvələrinin bazalarına endirilən raket zərbələrini artıra biləcəyini söyləyib.

Aparıcı efirdə özünü itirdi - VİDEO

10 Aprel 2017 13:40

Amerikanın ABC (American Broadcasting Company) kanalında maraqlı anlar yaşanıb. Kanalın aparıcısı Nataşa Ekselbi yayım zamanı özünü itirib.

“Man Down” 3 bilet satdı

10 Aprel 2017 13:34

Amerikalı aktyor Shia LaBeoufun çəkildiyi sonuncu filmi “Man Down” filmi keçən həftədən İngiltərədə kinoteatrlarda nümayiş olunur. Filmin bir həftədə 3 bilet satması təəcüblərə səbəb olub.  Shia LaBeouf  'Indiana Jones' və 'Transformers' filmləri ilə məşhurlaşmışdı. Filmin uğursuzluğuna səbəb kimi internetdə yayılması göstərilir.

ABŞ və Rusiya nüvə müharibəsinə başlaya bilər - ÜÇ MÜMKÜN SSENARİ

10 Aprel 2017 13:31

ABŞ Hərbi Hava Qüvvələrinin Suriya ordusuna aid aviabazanı raket atəşinə tutması Dəməşqin ən yaxın himayəçilərindən olan Moskva ilə Vaşinqton arasında münasibətləri daha da gərginləşdirib. ABŞ-Rusiya münasibətlərinin inkişafını dəyərləndirən KİV və ekspertlər hərbi qarşıdurmanı da istisna etmirlər.

Türkiyə Suriya ilə bağlı görüşün Tehranda qapalı rejimdə keçirilməsini təklif edib

10 Aprel 2017 13:12

Türkiyə hökuməti Astanada danışıqlarından əvvəl Tehranda Suriya nizamlanması üzrə zamin ölkələrin mətbuata qapalı görüşünün keçirilməsini təklif edib.

Sibel Canın qadağaları

10 Aprel 2017 13:02

Məşhur müğənni Sibel Can bu dəfə gündəmə övladlarına qoyduğu qadağalarla gəlib. “Olaylar” “SadeceHaber” - ə istinadən bildirir ki, Sibel Can 25 yaşlı oğlu Engincan, 23 yaşlı qızı Melisa və 17 yaşlı oğlu Emirə seriallarda çəkilmə, qızına siqaret çəkmək, Engincana sevgililəri ilə olan şəkillərini sosial şəbəkələrdən paylaşma, kişik oğlu Emirə isə sosial şəbəkələrdən çıx istifadə etməyi qadağan edib. 

Əsəddən medal alan pilot öldürüldü

10 Aprel 2017 12:32

Suriyanın İdlib vilayətində kimyəvi silah hücumunda iştirak edən hərbi təyyayələrdən birinin pilotu öldürülüb. Pilotun avtomobilinin içinə yerləşdirilən partlayıcı qurğu partladılıb.

1646 cəsəd aşkarlandı

10 Aprel 2017 12:27

İraqın Mosul şəhərinin Şenqal vilayətində 31 toplu məzar aşkarlanıb. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, məzarlıqlardakı cəsədlərin  İŞİD –in qətlə yetirdikləri yezidilərə aid olduğu bildirilir. Şenqal valisi Mehma Halil verdiyi aşıqlamasında bildirib ki, məzarlıqdan 1646 cəsəd aşkarlanıb. “Aşkarlanan məzarlıqların sayı 50 – di. Qətlə yetirilənlərin hamısı yezidilərə aiddi”.

Milli Bankın rəhbəri istefa etdi

10 Aprel 2017 11:58

Ukrayna Mərkəzi Bankının rəhbəri Valeriya Qontaryovanın istefa etdiyi bildirilir. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, xəbəri Ukrayna rəsmiləri təsdiqləyib. İki ildir ki, Mərkəzi Banka rəhbərlik edən xanım Valeriyanın istefa tələbi fevral ayından gündəmdə idi.  Valeriya Qantarevanın günorta saatlarında mətbuat toplantısı keçirəcəyi gözlənilir.

Kamikadzenin özünü partlatdığı an kameralara düşdü - Detektordan keçərkən - VİDEO

10 Aprel 2017 11:44

Ötən gün Misirin iki şəhərində, Tanta və İsgəndəriyyədə güclü partlayış olub.

Suriyanın vurulması həm də Tehran və Pxenyana xəbərdarlıq mesajıdır

10 Aprel 2017 11:23

“ABŞ-ın Aralıq dənizindən Suriyaya raket zərbəsi endirməsi demək olar ki, bütün dünya gündəmini dəyişib”. “OLAYLAR” -ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Cəbrayıl Fərzəliyev bildirib ki, bundan əvvəllər də ABŞ bir neçə dəfə Suriyaya ərazisinə havadan aviazərbələr endirmişdi: “Amma bu dəfəkindən fərqli olaraq o zərbələr Əsəd ordusuna qarşı deyil, İŞİD-i hədəf almışdı.