Dünya

Müğənni 19 milyonluq villa aldı

14 Aprel 2017 19:00

Keti Perri Beverli Hillz şəhərində malikanə alıb. Sevgilisi Orlando Blumdan ayrılıb saçlarını qısa kəsdirən müğənninin aldığı malikanənin dəyəri 19 milyon dollardır. Ev böyük salon, beş yataq otağı və bir o qədər də vanna otağından ibarətdir. Həyatin ərazisində hovuz və geniş bağçası var. Malikanə evkalipt meşəsi ilə əhatələnib.

“Mac Pro” yeni dizaynla təchiz ediləcək

14 Aprel 2017 18:55

Almaniyanın “Curved” saytında “Mac Pro” kompüterinin və hazırlanma mərhələsində olan “Apple” monitorunun xarici görünüşünü əks etdirən fotoşəkillər dərc edilib. “Apple” şirkətinin rəsmi nümayəndəsinin yeni kompüterin dizaynının dəyişməz qalacağını dəfələrlə bildirməsinə baxmayaraq dizaynerlər tərəfindən “Mac Pro” tam yeni xarici görünüşdə təqdim olunub.

Polis masaj salonuna basqın etdi: yüzlərlə prezervativ, cinsi gücü artırıcı həb...

14 Aprel 2017 18:53

Türkiyədə, Muğlanın Fethiye qəsəbəsində hamam və masaj salonlarına basqın edən polis qrupları yüzlərlə prezervativ, cinsi gücü artırıcı həb, hamiləlik əngəlləyəcək iynə və seks oyuncaqları ələ keçirib.

İkiölçülü materialdan hazırlanan mürəkkəb mikroprosessor təqdim olunub

14 Aprel 2017 18:50

Avstriyanın Vyana Universitetinin tədqiqatçıları ikiölçülü materialdan hazırlanan mürəkkəb quruluşlu mikroprosessor icad ediblər. Mikroprosessor kristalı hər birinin qalınlığı 3 atom təşkil etməklə molibden disulfid (MoS2) kimyəvi birləşməsindən hazırlanan 115 tranzistordan ibarətdir. Çipin aktiv qatının qalınlığı 0,6 nanometrə bərabərdir ki, bu da bütün silisium çiplərdən 150 dəfə nazikdir.

İnternetə “Iphone 8” smartfonu haqda məlumat sızdırılıb

14 Aprel 2017 18:50

Displeyə inteqrasiya edilmiş “Touch ID” barmaq izi skaneri “iPhone 8” smartfonunda əsas özəlliklərdən biri olacaq. Amma son zamanlar gəzən şayiələrə görə, “Apple” korporasiyası barmaq izi skanerinin displeyə inteqrasiyasında çətinliklərlə üzləşib.

Türkiyədə partlayış: Ölənlər var

14 Aprel 2017 18:49

Türkiyənin Van vilayətinin Çatak rayonunda partlayış baş verib. Hadisə nəticəsində ərazidə yoxlama aparan təhlükəsizlik qüvvələrinin iki əməkdaşı ölüb. Bölgədə əməliyyata başlanıldığı bildirilir.

ABŞ kəşfiyyatı: ""WikiLeaks" Rusiya ilə əlaqəlidir"

14 Aprel 2017 18:00

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Mayk Pompeo "WikiLeaks" saytını "ABŞ-a düşmən olan qeyri-dövlət kəşfiyyat xidməti" kimi qiymətləndirib. M. Pompeo bildirib ki, bu sayta Rusiya kimi antidemokratik dövlətlərin təsiri var.

Məşhur lüks avtomobili ilə DƏHŞƏTLİ QƏZAYA UĞRADI - VİDEO

14 Aprel 2017 17:56

Çilinin ən məşhur tennisçilərindən olan Marselo Rossi faciəvi bir qəza keçirib. 170 min avro dəyərindəki lüks avtomobili ilə idarəetməni itirən 41 yaşlı ulduz tennisçi qəzaya düşüb.

Putin və Medvedevin gəlirləri açıqlandı

14 Aprel 2017 17:42

Rusiya Prezidenti Vladimir Putin 2016-cı ildə 8,858 milyon rubl qazanıb. 2015-ci ildə 8,891 milyon rubl gəlir əldə etmiş dövlət başçısı maaşının 10 faiz azaldılması barədə qərar qəbul etmişdi. Baş nazir Dmitri Medvedevin qazancı ötən il 8,58 milyon rubl (2015-ci ildə 8,8 milyon) təşkil edib.

Diyarbəkir terrorçuları Suriyaya qaçarkən tutuldular

14 Aprel 2017 17:05

Türkiyədən qaçmaq istəyən terrorçular ələ keçiblər. 3 nəfərin şəhid olduğu Diyarbəkirdəki partlayışla əlaqədar Suriyaya qaçmaq istəyən 5 terrorçu tutulub.

ABŞ-da naməlum şəxs metroda insanlara atəş açdı

14 Aprel 2017 16:34

ABŞ-ın Corciya ştatında metroda silahlı insident baş verib. Naməlum şəxs vaqona minən kimi sərnişinlərə atəş açmağa başlayıb. Nəticədə 1 nəfər ölüb, 3 nəfər isə ağır yaralanıb. İnsidentin baş vermə səbəbi və saxlanılan şəxsin kimliyi barədə məlumat verilmir. Metbuat.az

İranın məşhur türk generalı kürdlərlə görüşdü

14 Aprel 2017 16:27

Məşhur İran generalı Qasım Süleymani gözlənilmədən İraq Kürd Muxtar Vilayətinə səfər edib. O, burada Məsud Bərzani və İraqın eks-prezidenti Cəlal Təlabani ilə görüşüb. Görüşdə Süleymani kürd liderləri Bağdadla münasibətləri düzəltməyə və Kərkükdəki bayraq böhranını həll etməyə çağırıb.

Qarabağda doğulan ermənilərin sayı azalıb

14 Aprel 2017 16:09

Azərbaycanın işğal altındakı Qarabağ bölgəsində 2016-cı ildə doğulan uşaqlarla bağlı statistika açıqlanıb. Ötən il qondarma rejimin nəzarəti altında olan ərazilərdə 2471 uşaq doğulub.

Filmə baxıb uşaqlarını öldürdülər - İzi itirmək üçün elə bir şey etdilər ki...

14 Aprel 2017 16:04

ABŞ-da bir cütlük Oskar mükafatlı "Mançester by the Sea" (Həyatın sahilində) filmini izlədikdən sonra övladlığa götürdükləri əlil uşaqlarını öldürüblər. ABŞ-ın Nyu York şəhərində yaşayan cütlüyün evlərində yanğın baş verib.

Suriya XİN başçısı: "Kimyəvi silahımız yoxdur"

14 Aprel 2017 15:27

"Moskva, Tehran və Dəməşq Suriyada terrorçuluğa qarşı birgə mübarizəni davam etdirəcək". Bunu Suriyanın xarici işlər naziri Valid Muallem iranlı və rusiyalı həmkarları ilə keçirilən üçtərəfli görüşün yekunlarına dair mətbuat konfransında bildirib.  "Mən Rusiya və İrana verdikləri dəstəyə görə təşəkkürümü bildirirəm. Suriya torpağını terrorçulardan təmizləməyə davam edəcəyik", - deyə Suriya XİN başçısı vurğulayıb.