Dünya
Saakaşvili ekstradisiya olunacaq?
Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) daxili işlər naziri Georgi Mqebrişvilinin ukraynalı həmkarı Arsen Avakov və digər rəsmi şəxslərlə sabiq prezident Mixail Saakaşvilinin Ukraynadan deportasiya edilməsini müzakirə etdiyi barədə yayılan xəbəri təkzib edib. Gürcüstan DİN iki ölkənin daxili işlər nazirlərinin qorunmayan telefon xətti ilə dövlət əhəmiyyətli məsələni müzakirə etməsi xəbərinin də qeyri-ciddi bir məsələ olduğunu vurğulayıb.
Falçıdan AĞLASIĞMAZ HƏRƏKƏT: Qızları hipnoz edib kişilərə verdi, sonra...
Əs-Suxna şəhəri İŞİD-dən tamamilə azad edib tamamilə azad edib
Suriya ordusu Rusiyanın Kosmik Hava Qüvvələrinin dəstəyi ilə Əs-Suxna şəhərini İŞİD-dən azad edib. Bu barədə "RİA Novosti" agentliyi Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Xəbərdə qeyd olunur ki, Hüms vilayətinin şərqindəki şəhər terrorçulardan tamamilə azad olunub.
İŞİD -in növbəti terroru - Pakistan
Pakistanda dəhşətli partlayış törədilib. "Olaylar" "Milliyet" - ə istinadən bildirir ki, hadisə Kvetta şəhərində bazarda baş verib. Yerli polisin məlumatına görə, 15 nəfər ölüb, 40 nəfər yaralanıb. Partlayışı motosikletlə hərəkət edən terrorçu-kamikadze törədib.
362 nəfər xlordan zəhərləndi
İranın Dizful şəhərində anbarda xlor sızması baş verib. Xlor sızması nəticəsində 362 nəfər zəhərlənib. Zəhərlənənlərdə nəfəs alma problemləri və digər qazla zəhərlənmə əlamətləri müşahidə olunub.
70 ildən sonra İLK DƏFƏ
Ağ ev 1940-cı ildən sonra ilk dəfə əsaslı təmir edilir. ABŞ prezidenti Donald Tramp hazırda Ağ evdə deyil, Nyu-Cersi ştatındakı şəxsi Bedminster qolf klubunda istirahət edir.
Parolunuz bunlardan biridirsə, dəyişin - SİYAHI
Dünya çempionu canlı yayımda öldü – DƏHŞƏTLİ VİDEO
Məscidə silahlı hücum
Əfqanıstanın Takhar şəhərindəki məscidlərdən birində insanların ibadət etdiyi zaman naməlum şəxslər tərəfindən atəş açılıb. "Olaylar" Türk mediasına istinadən bildirir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 40-dan çox insan yaralanıb. Hadisə ilə bağlı araşdırma başladılıb.
GÜCLÜ YANĞIN - Fransa
Fransanın Korsika adasında güclü yanğın baş verib. "Olaylar" Türk mətbuatına istinadən bildirir ki, ölkənin cənub-şərqində son günlərdə isti hava şəraiti səbəbindən güclü yanğınlar qeydə alınır. Adanın istirahət üçün ayrılmış 100 hektarlıq hissəsində 700 nəfər insan təxliyyə edilib. Onlardan 5 nəfəri xəstəxanaya yerləşdirilib.
23 illik eşq bitdi SƏBƏB?
Məşhur türkiyəli müğənni Candan Erçetin və onun həyatı yoldaşı, rejissor Hakan Karahan 23 illik evliliklərini bitirməyə qərar veriblər. "Olaylar" bildirir ki, cütlüyün münasibətlərinin bitmə səbəbi xəyanətdir. Şəxsi həyatlarını hər zaman gözlərdən uzaq yaşamağı üstün tutan cütlük iki ay öncə səssiz-sədasız şəkildə ayrılıb. Məlumata görə, Hakan Karahan ayrılıqdan dərhal sonra həyat yoldaşına xəyanət etdiyi Elif Kıramera adlı qadınla münasibətə başlayıb. Məsələ ilə bağlı açıqlama verən Elif Kıramer isə münasibətləri haqqında bunları deyib:
Pərəstişkarı xalq artistinin konsertində ətəyini qaldırdı
Pərəstişkarı Anapa konserti zamanı xalq artisti Filipp Kirkorovu təəccübləndirib. Xanım tamaşaçı səhnəyə çıxaraq açıq-saçıq rəqs nümayiş etdirib. Ətəyini qaldıraraq oynayan qadının alt paltarı görünüb. Kirkorov həmin an çəkilən videonu İnstaqram hesabında paylaşıb və "O, hamını heyrətləndirdi, əyləndirdi... Anapanın şahzadəsi" şərhini yazıb. Bir neçə dəqiqə içərisində videoya 120 mindən çox adam baxıb. Sosial şəbəkə izləyiciləri qadının bu hərəkətini tənqid ediblər.
Təhsil müəssisinə sükan arxasında gələn tələbələr qovulacaq! – Rəsmi
2017-ci ilin birinci yarısında əşyalar interneti qurğularına edilmiş hücumların sayı 280% yüksəlib
"Əşyalar interneti" (“Internet of Things”, “IoT”) sahəsinə aid qurğulara marağın kəskin çoxalması şirkət və təşkilatlar üçün kibertəhlükələrin artmasına səbəb olub. “F5 Networks” şirkəti tərəfindən keçirilmiş araşdırmanın nəticəsinə əsasən, son 6 ayda əşyalar interneti qurğularına edilmiş hücumların sayı 280% yüksəlib. Bu, əşyalar internet qurğularını yoluxduran və botnet yaradan “Mirai” adlı zərərverici proqram təminatının populyarlığı ilə bağlıdır.
“Panasonic” şirkəti Tokio aeroportunda özü hərəkət edən kresloları sınaqdan keçirəcək
“Panasonic” şirkəti “WHILL” şirkəti ilə birgə məhdud qabiliyyətli insanlar üçün aeroportlarda istifadə məqsədilə özü hərəkət edən kreslo hazırlayıb.







.jpg)
.jpg)




