Dünya
Süni intellekt üzrə ekspertlər bəşəriyyəti məhv edəcək robotların yaradılması əleyhinədirlər
Süni intellekt və robot texnikası sahəsində fəaliyyət göstərən 50-dən çox məşhur tədqiqatçı Koreya Qabaqcıl Texnologiyalar İnstitutundan (KAIST) olan həmkarlarını Cənubi Koreya alimlərinin hərbi sistemlər üçün süni intellekt texnologiyalarının yaradılması üzrə layihədə iştirakla əlaqədar boykot ediblər.
Klaviaturada mətnin tez yığılma sirri məlum olub
Finlandiyanın Aalto Universitetinin alimləri klaviaturada lazımi mətnin tez yığılma üsulunu müəyyənləşdiriblər.
Ərəbistan Qətəri adaya çevirir – Şok plan
Səudiyyə Ərəbistanının Qətərin torpaqla əlaqəsini tamamilə kəsəcək bir kanal layihəsi üzərində işləyəcəyi iddia edilib. Bu barədə “Ərəb Nuys” məlumat yayıb. Sərhəd boyunca yeni bir kanal qurmağa başlayan Səudiyyə Ərəbistanı Qətəri materikdən tamamilə ayırmağa hazırlaşır.
Rusiya Ermənistandakı səfirini dəyişdi
Rusiya prezidenti Vladimir Putin Ermənistana yeni səfirini təyin edib. Putin sərəncam imzalayaraq Sergey Kopırkini Rusiyanın Ermənistanda yeni səfiri təyin edib. Kopirkin bundan öncə Rusiyanın Avropa Birliyindəki Daimi Nümayəndəliyində çalışıb.
Türkiyədə faciənin qarşısı alındı – 33 həbs
Türkiyənin İstanbul şəhərində terror hücumuna hazırlaşdığı müəyyən edilən İŞİD üzvlərinin zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirilib. İstanbul polisinin terrorla mübarizə dəstələri 10 mahalda 16 ünvana eyni zamanda basqın edib.
Ərdoğanın ABŞ-da erməniləri döyən mühafizəçiləri azadlığa buraxıldı
ABŞ-ın Kolumbiya dairəsi üzrə ali məhkəməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən ilin mayında Vaşinqtona səfəri zamanı erməniləri və terrorçu PKK tərəfdarı olan kürdləri döyən iki türk vətəndaşı barəsində hökm oxuyub.
General Ter-Qriqoryants: Ermənistan Qarabağın erməni torpağı olmasını dünyaya sübut edə bilmədi
Ermənistan Müdafiə Nazirliyi Baş Qərargahının keçmiş rəisi (1992-1995-ci illərdə), 1993-cü ildə müdafiə nazirinin vəzifələrini icra etmiş Qarabağ müharibəsi “qəhrəmanı”, erməni general Norat Ter-Qriqoryants Ermənistan KİV-lərinə müsahibəsində 2016-cı ilin aprel ayında baş vermiş hadisələri erməni xalqının faciəsi adlandırıb.
ABŞ Türkiyəyə "Patriot" ZRK-nın birgə istehsalını təklif edir
ABŞ Türkiyəyə "Patriot" zenit-raket komplekslərinin birgə istehsalını təklif edir. Bu barədə Türkiyə KİV-ləri diplomatik mənbələrə istinadən yazır.
İran Qərb ölkələrinə xəbərdarlıq etdi: “Cavabsız qalmayacaq”
Hərtərəfli Birgə Fəaliyyət Planı pozulsa İran mütləq cavab addımları ataraq milli maraqlarını qoruyacaq. Bu sözləri İranın Atom Enerjisi üzrə Agentliyinin rəhbəri Əli Əkbər Salehi deyib.
FTX oyun qaydalarını pozdu: Kreml qorxu içində - Soldatov
ABŞ rusiyalı oliqarxlara və məmurlara yeni sanksiya tətbiq etdi
ABŞ Rusiyanın 38 iş adamının, rəsmi şəxslərin və şirkətlərin adlarını sanksiyaların tətbiq edildiyi şəxslərin siyahısına daxil edib.
İstanbulda dəhşətli yanğın
İstanbul Sancaqtəpədə yerləşən Aydos meşələrində yanğın baş verib. Hal-hazırda davam edən yanğına yanğınsöndürənlərlə bərabər Meşə Region Müdürlüyü də müdaxilə etməyə çalışır.
Makronun Putindən SURİYA TƏLƏBİ
Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinə Suriya ilə bağlı tövsiyələr edib. Makron Suriyadakı qarşıdurmanı sona çatdırmaq və siyasi həll yolunu açmaq üçün Putinin nüfuzundan istifadə etməsini istəyib. Fransanın dövlət başçısı bu sözləri Putinlə telefon danışığı zamanı dilə gətirib. O, Suriyadakı hərbi anlaşmazlıqların sona çatdırılmasına dair çağırış edib.
Putin 11 generalı tutduğu vəzifədən azad edib
Rusiya prezidenti Vladimir Putin 11 generalı tutduğu vəzifədən azad edib. Bu barədə "RİA Novosti" hökumətə istinadən xəbər yayıb. Məlumata görə, vəzifədən azad olunanlar Daxili İşlər Nazirliyi, Federal İcra Xidməti, Fövqəladə Hallar Nazirliyi və İstintaq Komitəsinin generallarıdır.














