Dünya
Ərdoğan terrorçulara və FETÖ-çülərə səsləndi
Türkiyə mövqeləri topa atəşinə tutuldu: 1 şəhid, 3 yaralı
Şimali İraqda əməliyyatda olan Türkiyə ordusu Kani Rash bölgəsində PKK terrorçularının hücumuna məruz qalıblar. Top atəşi nəticəsində 1 çavuş şəhid olub, 3 əsgər yaralanıb. Yaralı əsgərlər helikopterlə Hakkariyə çatdırılıb.
Putin: “Güman edirəm ki, sağlam düşüncə qalib gələcək”
"Dünyadakı durum getdikcə daha da xaotik olur. Lakin güman edirəm ki, sağlam düşüncə qalib gələcək, bütün dünya sistemi stabil və proqnozlaşdırılan olacaq”.
Qırğız deputat: "Azərbaycanda keçirilən prezident seçkiləri iştirak etdiyim ən parlaq seçkilərdir"
Azərbaycanda keçirilən prezident seçkiləri müşahidəçi qismində iştirak etdiyim ən parlaq seçkilərdir. Bunu Qırğızıstan nümayəndə heyətinin üzvü Taalaybek Masabirov deyib. T.Masabirovun sözlərinə görə, onu ən çox bayram əhval-ruhiyyəsi heyran edir: “Bu mühit olduğumuz bütün məntəqələrdə müşahidə edilir”.
Hillari Klintonun porno videosu yayıldı
“Reddit” sosial paylaşım platformasında ABŞ-ın sabiq xarici işlər naziri Hillari Klintona aid olduğu iddia edilən bir porno video yayılmağa başlayıb.
Braziliya həbsxanasında üsyan — 21 ölü
Braziliyanın Santa İzabel həbsxanasında üsyan baş verib. Bir qrup şəxs ağır silahın köməyi ilə həbsxana divarını partlatmağa cəhd edib.
Nobel akademiyasında QALMAQAL
İsveç Akademiyasının Nobel mükafatının Ədəbiyyat üzrə laureatını seçən bölümünün nümayəndələri haqqında qalmaqallı fakt ortaya çıxıb. İsveçin məşhur “Dagens Nyheter” qəzeti akademiyada işləyən Cean-Klaude Arnaultun illərdir mükafata layiq görülən namizədlərin adını gizli şəkildə sızdırdığını yazıb.
Türkiyədən sərt ismarıc: Əsəd hakimiyyətdə qaldıqca...
Bəşər Əsəd hakimiyyətdə qaldığı müddət ərzində Ankara Afrini Suriya hökumətinin nəzarətinə verməyəcək. Bunu jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. “Əsəd hakimiyyətdən getməlidir. Siyasi həll prosesinə keçmək lazımdır. Biz Suriya ərazisinə iddialı deyilik. Afrinin rejimə təhvil verilməsi istisnadır. Bu torpaq Suriya ərazisidir, amma bizim təhlükəsizliklə bağlı öz narahatlıqlarımız var.
Ermənistan parlamentində qalmaqallı aksiya - İclas zalını tüstü bürüdü - VİDEO
ABŞ yaxın 72 saat ərzində Suriyanı vura bilər
Təhlükəsiz uçuşlar üzrə Beynəlxalq Avropa Agentliyi bəyan edib ki, ABŞ yaxın 72 ərzində Suriyanı vura bilər. Məlumata görə, agentlik aviadaşıyıcılardan Aralıq dənizində uçuşlar apararkən ehtiyatlı olmağı xahiş edib. Məlumata görə, Karib böhranından sonra dünya yeni təhlükə ilə üz-üzədir. Hazırda Suriya istiqamətində 9 amerikan gəmisi hərəkət edir.
Rusiya XİN Trampın TƏHDİDİNƏ CAVAB VERDİ
Müəllim tələbə qızı maşını ilə boş əraziyə apardı - Onları yerdə uzanıqlı görən kəndlilər...
Türkiyənin Nevşehir rayonunun Çardak kəndində müəllim ilə universitetin son kursunda oxuyan qız ölmüş vəziyyətdə tapılıblar. Hərəkətsiz halda iki şəxsi uzanıqlı aşkar edən kənd sakinləri şok olublar. Dərhal təcili tibbi yardıma xəbər verilib. Hadisə yerinə gələn həkimlər hər iki şəxsin öldüyünü təsbit ediblər. Ölən şəxslərin müəllim Sadettin Baştürk, qızın isə universitetin son kursunda oxuyan Kübra Yılmaz olduğu müəyyən edilib.
Tramp Rusiyaya müharibə ELAN ETDİ: "Raket zərbələrinə hazırlaş!"
ABŞ prezidenti Donald Tramp Rusiyanı Suriya üzrə raket zərbələrinə hazırlaşmağa çağırıb. Tramp bu haqda Tvitter səhifəsində yazıb. “Rusiya Suriyaya atılan istənilən raketləri vurmağa söz verir. Hazırlaş, Rusiya! Çünki, onlar gələcəklər”, - Tramp qeyd edib.
28 ölkə ABŞ-ın himayəsi altında… - Türkiyəyə qarşı YENİ CƏBHƏ
“Rusiyanın döyüş təyyarəsini vuraraq Türkiyəni Rusiya ilə müharibənin bir addımlığına gətirənlər eyni təxribatı Egey dənizində törədə bilərlər”. Bunu Türkiyənin “Yeni Şəfəq” nəşrinin yazarı, siyasi şərhçi İbrahim Karagül bildirib.














