Ərdoğan terrorçulara və FETÖ-çülərə səsləndi
11 Aprel 2018 19:30 DünyaƏgər biz öz PUA-larımızı istehsal etmiş olmasaydıq, bu gün Afrində, "Fərat Qalxanı" Hərəkatında vəziyyət başqa cür olardı. Bunu Rəcəb Tayyib Ərdoğan bu gün Türkiyədə yaşayan qaraçıların (romanların - red.) bir qrupu ilə görüşündə dilə gətirib. "Bu tədbirə gələrkən son rəqəmləri əldə etdim. Afrində məhv edilən terrorçuların sayı 4108-ə çatıb", - deyən Ərdoğan FETÖ-yə qarşı mübarizədən danışıb:
"Biz sizlərlə birlikdə 16 saata FETÖ-nü devirdik. Dünən Qabondan üç FETÖ-çünü tutub gətirdilər. Daha öncə isə FETÖ-çüləri Kosovadan "paketləyib" gətirdilər. Haraya istəyirlərsə, getsinlər, hamısını tapıb gətirəcəyik. İqtisadiyyat üzərindən də bizim üstümüzə gəlirlər, bir daha bəyan edirəm:
Bacarmayacaqsınız!" Oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31