Dünya

Ermənistan parlamentində təhlükəsizlik rejimi gücləndirilib

17 Aprel 2018 16:14

Ermənistan parlamentinin binasında təhlükəsizlik rejimi gücləndirilib, bütün giriş və çıxışlar polis tərəfindən nəzarətə alınıb. Hazırda deputatlar və jurnalistlər parlamentə axın edirlər.

Almaniyada ƏMƏLİYYAT keçirildi - "Başsız gəlinciyə" görə

17 Aprel 2018 16:05

Almaniya polisi "başsız meyit"in tapılması ilə bağlı çağırışdan sonra irimiqyaslı əməliyyat keçirib. Bir nəfər yerli sakin Baden-Vyurtemberq federal torpağının polisinə parkda gəzərkən meyit aşkarladığı barədə məlumat verib.

Yerevanda aksiya iştirakçıları bir sıra hökumət binasını mühasirəyə alıblar

17 Aprel 2018 16:03

Etiraz aksiyası iştirakçıları Yerevanda bir sıra hökumət binasını mühasirəyə almağa başlayıb.  Mitinq iştirakçıları Baş Prokurorluq, XİN, Ermənistan Diaspora Nazirliyini və Dövlət Gəlirləri Komitəsini əhatəyə alıblar. Dövlət müəssisələrinin qapılarının bağlı olduğu bildirilir. Etirazçılar hökumət binalarının qaşısında oturaq aksiyaya başlayıblar.

3 dəfə hərraca çıxarılan məşhur "Ford Boyard" qalası 

17 Aprel 2018 15:22

Ford Boyard Atlantik okeanında, Fransanın Antioş boğazında, İl-d-Eks və Oleron adaları arasında yerləşir.  Ford Boyard qalasının  inşasına 1801-ci ildə başlanılmış, 1857-ci ildə başa çatdırılmışdır. Adada tikilmiş bu qalanın inşası hələ uzaq keçmişdə, 1666-cı ildə nəzərdə tutulmuşdur. Hələ o zamanlar da qalanın inşası hərbi məqsədlər üçün, hərbi mövqe üçün nəzərdə tutulurdu. Qalanın tikilməsi, yadellilərin dəniz hücumlarının qarşısını almaq məqsədi daşıyırdı. 

Məşhur supermaketdən banan aldı: içindən çıxan ŞOKA SALDI - VİDEO 

17 Aprel 2018 14:58

İngiltərədə məşhur süpermarket şəbəkələrindən biri ALDI-dan paketlənmiş banan alan 67 yaşlı qadın, içindən əqrəb çıxınca şoka düşüb. Əqrəbi yaxalayan qadın supermarketə gedərək şikayət edib. Linda Pollard adlı qadın içində 5 ədəd banan olan bağlı paketi evdə açarkən içindən böyük bir əqrəb çıxıb. Şikayət sonrası supermarketlər şəbəkəsi üzr istəyərək, qadına 10 sterlinq dəyərində bir kupon verib.

Rusiya raket atışlarına başladı – Latviyadan etiraz

17 Aprel 2018 14:56

Rusiyanın Baltik dənizində raket atışları Latviya və NATO-ya qarşı provokasiyadır. Bunu Latviya Prezidenti Raymon Veyonis deyib.

Sarkisyan hesabat verdi: Qarabağla bağlı mövqeyimiz...

17 Aprel 2018 14:53

Təhlükəsizlik Ermənistan üçün bir nömrəli prioritet sayılır. Bunu Ermənistan parlamentində çıxışı zamanı Serj Sərkisyan deyib. “Aydındır ki, hakimiyyətə gələcək siyasi qüvvə idarəetmə vasitəsilə vətəndaşlardan səs aldığı proqramın icrasını gerçəkləşdirəcək. Hakimiyyət Respublika və Daşnaksütyun partiyalarının proqramlarını reallaşdıracaq.

Ərdoğan məhv edilən terrorçu sayını açıqladı

17 Aprel 2018 14:52

“Zeytun budağı” əməliyyatı başladığı gündən bu yana 4 min 755 terrorçu zərərsizləşdirilib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının toplantısında deyib.

İrəvanda etirazçıların lideri "məxməri inqilab"ın başlandığını elan edib

17 Aprel 2018 14:44

İrəvanda keçirilən mitinqin lideri, parlamentin üzvü Nikol Paşinyan “məxməri inqilab”ın başlandığını elan edib.Məlumata görə, bu barədə o, paytaxtın Fransa meydanında çıxışı zamanı deyib. “Mən burada demokratik, zorakı olmayan “məxməri inqilab”ın başlandığını elan edirəm”, - deyə müxalifətçi bildirib. Serj Sarkisyanın baş nazir postuna namizədliyinə etiraz edən nümayişçilər bu gün İrəvanda müxtəlif dövlət idarələrinə girişi bağlayırlar. Hazırda nümayişçilər XİN, Baş Prokurorluq, Dövlət Gəlirləri Komitəsinin girişində toplaşıblar.

Rusiyada terror planlaşdıran İŞİD-çilərə qarşı əməliyyat keçirilib, dəstə başçısı özünü partladıb

17 Aprel 2018 14:42

Rusiyada terror planlaşdıran İŞİD-çilərə qarşı xüsusi əməliyyat keçirilib. Məlumata görə, bu barədə Federal Təhlükəsizlik Xidmətindən xəbər verilib. Dəstə üzvləri silah və əldə düzəlmə partlayıcı vasitələrlə ölkənin cənubunda hücumlar etməyi planlaşdırıblar.

Gürcüstan DİN rəhbəri: “Təhlükəsizlik olmadan regionda iqtisadi inkişaf dayanıqlı ola bilməz”

17 Aprel 2018 14:39

“Təhlükəsizlik olmadan heç bir iqtisadi inkişaf tez və ən əsası dayanıqlı ola bilməz”. Məlumata görə, bunu Gürcüstan daxili işlər naziri Giorgi Qaxariya biznesmenlərlə görüşdə deyib.

Ərdoğan: "Referendumda qəbul olunmuş dəyişikliklər gələn ilin noyabr seçkilərindən sonra qüvvəyə minəcək"

17 Aprel 2018 14:38

“Keçən il aprelin 16-da keçirilən referendumda parlament üsul-idarəsindən prezident üsul-idarəsinə keçilməsinə səs verən xalqımın hər bir nümayəndəsinə təşəkkür edirəm”. Məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupunun toplantısında bildirib. 

Məşhur müğənni birinci oldu - VİDEO 

17 Aprel 2018 14:33

Britaniyanın ən populyar müğənnilərindən olan Cessi Ci Çindəki "Singer" musiqi şousunda qalib gəlib.