Dünya
ABŞ-dan Türkiyəyə təhdid: Əgər keşiş qaytarılmasa...
Sərkisyanın evi mühasirəyə alındı: həbslər başladı - Canlı
Polis İrəvanın mərkəzində etirazçılara qarşı hərəkətə keçib.
Türkiyənin səfiri qəflətən ölüb
Türkiyənin Benin Respublikasındakı səfiri Turqut Kural qəflətən dünyasını dəyişib. Məlumata görə, diplomatın ötən axşam infarktdan dünyasını dəyişdiyi bildirilir.
İran yeni silahını təqdim etdi
İran özünün yeni hava hücumundan müdafiə sistemini təqdim edib. Sistem İranın ordu günü münasibətilə keçirilən hərbi paradda təqdim olunub. Yeni sistemə Kamin-2 adı verilib. Rəsmi Tehran bu sistemin aşağı hündürlükdə üçün pilotsuz uçuş aparatlarının məhvi üçün nəzərdə tutulduğunu açıqlayıb.
Rusiyada şagird sinif yoldaşlarını və müəllimini yaralayıb, məktəbi yandırmaq istəyib
Rusiya Federasiyası Başqırdıstan Respublikasının Sterlitamak şəhərində məktəblərdən birində insident baş verib. İstintaq Komitəsinin məlumatında deyilir ki, şəhərin 1 nömrəli məktəbdə adı açıqlanmayan 17 yaşlı yeniyetmə informatika kabinetinə girərək, qız şagirdi əlindən bıçaqla yaralayıb, sonra isə müəllimə hücum edib. Bunun ardınca o, yandırıcı mayeni kabinetə tökərək od vurub, daha sonra isə özünə bıçaqla xəsarətlər yetirib.
Rusiyada Facebook bağlana bilər
Roskomnadzor 2018-ci ilin sonuna qədər Facebook şirkətinə dair yoxlama aparacaq. Bunu jurnalistlərə qurumun rəhbəri Aleksandr Jarov deyib. Onun sözlərinə görə, Facebook şəxsi məlumatların lokallaşdırılması haqqında yerli qanuna əməl etməsə ölkə ərazisində fəaliyyətini dayandırmalı olacaq.
Çin Rusiya və daha 58 ölkə üçün viza rejimini ləğv etdi - SİYAHI
Çin hökuməti Xaynan adasına səfər edən rusiyalı turistlər üçün viza rejiminin ləğv edilməsi barədə qərar qəbul edib. İmzalanan sənədə əsasən, qərar 2018-ci il mayın 1-dən qüvvəyə minəcək və 59 ölkəyə şamil olunacaq.
Türkiyə Baş Qərargahı: 29 terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı son 5 ildə axtarışda olan 29 xüsusi təhlükəli PKK üzvünün məhv edildiyini açıqlayıb. Terrorçular ölkənin cənub vilayəti Hatayda Amanos dağında zərərsizləşdirilib. Məlumatda, həmçinin deyilir ki, məhv edilən terrorçular vaxtaşırı şərq vilayətlərində Türkiyə hərbi konvoyuna silahlı hücumlar təşkil edib.
Kişi özündən 40 yaş kiçik sevgilisi ilə cinsi əlaqəyə girən zaman iflic oldu - Video
69 yaşlı məşhur amerikan güləşçisi Jerry Lawler 29 yaşlı sevgilisi ilə cinsi əlaqədə olan zaman iflic keçirib. O, " Birdən-birə sevgilimə heç nə hiss etmədiyimi dedim, o da üzümə baxaraq Jerry, güzgüyə bax deyə qışqırdı. Güzgüyə baxanda ağzımın sağa doğru əyildiyini gördüm.”
Hərbi komissarlıq binası önündə İNTİHAR - Zabit özünü güllələdi
Türkiyənin İzmir şəhərinin Ödemiş qəsəbəsində FETÖ/PDY-yə qarşı əməliyyat zamanı saxlanılsa da, sərbəst buraxılan kapitan Fatih Uğur K. xidmət etdiyi Hərbi Komissarlıq binasının önündə özəl təhlükəsizlik xidməti işçisinin belindən tapançasını çıxardaraq özünü öldürüb.
Türkiyə ilə İran yerli valyuta ilə ticarətə başlayır
İki ölkə arasında gəlinən razılığa görə Türkiyə ilə İran öz aralarında olan idxalat və ixracat əməliyyatlarını Türk lirəsi və İran realı ilə ödəyərək aparacaqlar. Maliyyə mübadiləsində nə ABŞ dolları, nə avro, yaxud üçüncü ölkə pul vahidindən istifadə edilməyəcək.
Şagirdlər ad günü tortundan zəhərləndi
Zonquldağın Eregli şəhərində dərs saatından sonra orta məktəbdə yoldaşlarının ad gününü qeyd edən 11 şagird yedikləri tortdan zəhərləniblər.Yaxındakı şirniyyat dükanından alınan tortu yeyən uşaqlarda ürəkbulantısı və qarınağrısı başlayıb.
Yerevanda etirazçılar prezident iqamətgahını blokadaya alır
Yerevanda Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edənlər müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə sabiq prezident, indiki baş nazir iqamətgahına doğru yürüş ediblər. Məlumata görə, N.Paşinyan iqamətgahın qarşısına toplaşan etirazçıları binanı blokadaya almağı çağırıb.
Leverkusen-də "qol yağışı"
Almaniya kubokunda ilk yarımfinal oyunu keçirilib. Bavariya səfərdə Leverkusenin qapısından 6 top keçirərək inamlı qələbə qazanıb. Leverkusen isə doğma azarkeşləri qarşısında sadəcə 2 təsəlli qolu vura bilib.
Etirazçılar Yerevanın mərkəzinə toplaşır
Müxalifətin keçirdiyi mitinqin iştirakçıları bu gün Yerevanın mərkəzinə, Fransa meydanına toplaşır. Məlumata görə, hazırda bu əraziyə təqribən 200-300 etirazçı cəmləşib. Onların arasında gənclər, tələbələr də var.














