Dünya
Yəməndə hava zərbələri nəticəsində 20 nəfər ölüb
Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələrinin endirdiyi havazərbəsi nəticəsində Yəmənin cənub-qərb bölgəsində azı 20 nəfər ölüb. Bu barədə “Reuters” məlumat verib.
Yunanıstan sahillərində ardıcıl üç zəlzələ baş verib
Yunanıstan sahillərində 4,9 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir. Yerli vaxtla saat 03:20-də qeydə alınan yeraltı təkanların episentri Saloniki şəhərindən 95 km cənub şərqdə, ocağı 10 km dərinlikdə yerləşib.
Şimali Koreya nüvə və raket sınaqlarını dayandırıb
Şimali Koreya nüvə və raket sınaqlarının həyata keçirilməsini dayandırıb. APA-nın “Rönhap” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Şimali Koreya lideri Kim Çen In bəyan edib. Məlumata görə, aprelin 21-dən etibarən Şimali Koreya nüvə sınaqları və qitələrarası ballistik raketlərin buraxılışını dayandırır. Həmçinin ölkənin şimalındakı nüvə poliqonunun fəaliyyəti dondurulur. Bu barədə qərar hakim Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin iclasında qəbul edilib.
KİV: “Skripalın işi” üzrə şübhəlilərin şəxsiyyətləri müəyyənləşdirilib
Peruda avtobusun dərəyə aşması nəticəsində 7 nəfər ölüb
Twitter-in işində problemlər yaranıb
Qəzza zolağında toqquşmalarda 4 fələstinli ölüb
Bu dahilər "ruhi xəstə" olub
Məşhur aktrisa: "Evdar xanım olmaq istəyirəm"
"Min bir gecə" seriyalından "Şəhrizad" rolu ilə tanıdığımız məşhur türk aktrisası Bərgüzar Korəl Türkiyə mediyasına istinadən artıq evdar xanım olmaq istədiyini və 1 il heç bir proyektdə yer almayacağını bildirib.
Muratla Aslının ayrılıq səbəbi - Evlilik
Türkiyəli aktrisa Aslı Enverlə müğənni Murat Bozun ayrılma səbəbinin detalları məlum olub. Bir müddət əvvəl Bahar-Nihan Candan bacıları ilə birlikdə görüntüləndiyi üçün Aslı tərəfindən tərk edilən Murat daha sonra onunla barışmağı bacarmışdı. Enver isə Muratı evlilik şərti ilə baöışlamış və onun evinə köçmüşdü. Ancaq Boz bu yaxınlarda "Mən evlilik adamı deyiləm. Səni aldatmaq istəmirəm" deyərək Aslıya bildirib.
Robot aşpaz mətbəxdə insanı əvəzləyəcək
Yaponiyanın “Sony” şirkəti və ABŞ-ın Karnegi-Mellon Universitetinin mütəxəssisləri mətbəxdə insanı tam əvəzləyəcək robot kulinarın yaradılması üzrə işə başlayıblar.
“Facebook” öz prosessorlarını yaradır
“Facebook” sosial şəbəkəsi öz prosessorunu hazırlamaq üçün komanda formalaşdırmağa başlayıb. Bu haqda vakansiyalar siyahısına və etibarlı mənbələrə istinadən “Bloomberg” nəşri yazıb.
Göydələnlərin inşası üçün platforma yaradılıb
Çin mühəndisləri işçilərə hündürmərtəbəli binalar tikməyə kömək edən divardan asılan platforma yaradıblar.
“Honor” brendinə məxsus qabaqcıl smartfon və ultrabuk təqdim edilib
“Huawei” şirkəti “Honor” brendinə məxsus iki yeni qurğusunu (qabaqcıl smartfon və ultrabuk) təqdim edib. “ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, rəngini yaşıldan bənövşəyiyə dəyişən şüşə korpusla təchiz edilmiş smartfon “Full HD” təsvir ölçülü 5,84 düymlük maye kristal ekran, süni intellekt funksiyaları ilə "sürətləndirilmiş" “Kirin 970” prosessoru ilə təchiz edilib. “Huawei Mate 10 Pro”, “P20” və “View 10” smartfonlarında da eyni prosessor quraşdırılıb.
Rahib kilsədən 500 min avro oğurladı
İtaliyanın Venesiya şəhərində qəribə oğurluq hadisəsi yaşanıb. Hadisənin üstü 2 il sonra açılıb. Don Flavio Gobbo adlı rahib istirahət üçün icazə alıb. Sonradan rahibin kilsə kassasından 500 min avro oğurladığını bilən kilsə rəhbərliyi bunu camaata açıqlamadan rahibi qumar asılılığından qurtulmaq üçün müalicəyə göndərib.














