Yəməndə hava zərbələri nəticəsində 20 nəfər ölüb

Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələrinin endirdiyi havazərbəsi nəticəsində Yəmənin cənub-qərb bölgəsində azı 20 nəfər ölüb.  Bu barədə “Reuters” məlumat verib.

Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələrinin endirdiyi havazərbəsi nəticəsində Yəmənin cənub-qərb bölgəsində azı 20 nəfər ölüb.  Bu barədə "Reuters" məlumat verib.

Məlumata əsasən, mərmilərdən biri içərisində sərnişinlər olan avtomobilin üzərinə düşüb. Nəticədə avtomobil yanaraq külə dönüb. Yəməndə üsyançı husilər və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31