Twitter-in işində problemlər yaranıb
21 Aprel 2018 07:18 DünyaAprelin 20-də "Twitter" sosial şəbəkəsinin işində nasazlıq yaranıb. Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb. Problemin artıq həll olunduğu bildirilir.
"İstifadəçilər təxminən 30 dəqiqə ərzində "tvit" göndərə bilməyib. Artıq bu problem tərəfimizdən həll olunub. Yaranmış nasazlıqa görə üzr isrəyirik",-deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, son həftə ərzində bu artıq ikinci dəfədir ki, Twitter-in işində problemlər yaranır. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31