Dünya

BƏƏ-də daha bir qadağa ləğv ediləcək

3 May 2018 08:32

Birləşmiş Ərəb Əmirliklərinin hökuməti “Skype” və “FaceTime” ilə ödənişsiz zənglərə qoyulmuş qadağanın aradan qaldırılması ilə bağlı danışıqlar aparır. Bu haqda “Arabian Business” nəşri yazıb. Videorabitə üçün pulsuz proqramların bloklanması ilə əlaqədar BƏƏ-nin telekommunikasiya provayderləri istifadəçilərə öz pullu proqramlarını təklif edirlər.

“WhatsApp” və “Instagram”da YENILIK

3 May 2018 08:29

“WhatsApp” və “Instagram” əlavələrində qrup şəklində videozənglər funksiyasından yararlanmaq mümkün olacaq. Bu barədə “Facebook” tərtibatçıları üçün “F8” konfransında məlumat verilib. Funksiyanın “WhatsApp”da işi barədə məlumat məhdud olsa da, konfrans zamanı nümayiş olunan videoya görə, danışıqda eyni anda dörd nəfər iştirak edə biləcək. Qrup şəklində videozənglər funksiyasının yaxın aylarda messencerə əlavə olunacağı gözlənilir.

Putinin gizli hazırlanan zirehli maşını üzə çıxdı - VİDEO

3 May 2018 08:25

Rusiya prezidenti Vladimir Putin üçün xüsusi olaraq hazırlanan “Kortej” markası gizli saxlanılan limuzin, Moskvalı bir vətəndaş tərəfindən kamera vasitəsilə çəkilib. İlk olaraq Kanal 5-də yayımlanan görüntülərdə, kamuflyajla örtülü “Kortej”ə oxşar bir maşının yük daşıyan maşın tərəfindən daşındığı görünüb.

ABŞ-da hərbi təyyarə qəzasında 9 nəfər ölüb

3 May 2018 07:57

ABŞ-ın Savanna şəhəri yaxınlığında (Corciya ştatı) С-130 Hercules tipli hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində təyyarədə olanların hamısının öldüyü bildirilir. CNN hərbi mənbələrə istinadla bildirir ki, təyyarənin göyərtəsində 9 nəfər olub. Bundan qabaq hadisə nəticəsində azı 5 nəfərin öldüyü deyilirdi.

Terror aktı hazırlayan yeniyetmə qız saxlanıldı

3 May 2018 07:42

ABŞ-ın Texas ştatında yeniyetmə terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb. Bu barədə “The Dallas Morning News” qəzeti məlumat yayıb. Məlumata görə o, Pleyno şəhərindəki ticarət mərkəzində terror aktı həyata keçirməyə hazırlaşırıb. Ehtimal edilir ki, yeniyetmə İŞİD üzvlərinin təsiri ilə hərəkət edə bilər.

Zəlzələ - TÜRKİYƏDƏ

3 May 2018 07:33

Türkiyənin şərqində 3,8 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yerli vaxtla saat 21:08-də qeydə alınan yeraltı təkanların episentri Bayburt şəhərindən 36 km cənub-qərbdə, ocağı isə 2 km dərinlikdə yerləşib.