Aralıq dənizində 9 miqrantın meyiti tapıldı
2 May 2018 17:53 DünyaAralıq dənizində Liviyadan Avropaya keçməyə çalışan miqrantların meyitləri tapılıb. Məlumata görə, Liviyadan qərbdə qayıqda 9 meyit aşkar edilib. Həmin miqrantların 2 gün əvvəl həlak olduğu ehtimal olunur.
Qeyd edək ki, Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən, bu ilin əvvəlindən Avropaya dəniz yolu 19 minə yaxın miqrant keçməyə çalışıb. Bu müddət ərzində 571 nəfər həlak olub. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31