Dünya
Donald Tramp Məhəmməd Bin Salmanla niyə ortaq məxrəcə gələ bilmir?
Paşinyan inqilab ortaqlarını atdı: “Yelk”siz gedir
Ermənistanın hakim Yelk Bloku daxilində Nikol Paşinyan parçalanmalar başladıb. Bu barədə məlumatı “İrates” qəzeti yayıb.
Çin Sinqapur görüşünü alqışlayır
"Çin ABŞ Prezidenti Donald Tramp və Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In arasında Sinqapurda keçirilən görüşü alqışlayır". Bu fikri Çinin xarici işlər naziri Van İ bəyan edib.
Trampın müşavirini infarkt vurdu
ABŞ Prezidenti Donald Trampın yaxın adamlarından hesab olunan iqtisadiyyat məsələləri üzrə baş müşaviri Lari Kudlou infarkt keçirib. Bu barədə Donald Tramp Tvitter hesabında yazıb.
Türk ordusundan Qəndil hesabatı: 7 gün ərzində…
Türkiyə Silahlı Qüvvələri 1-8 iyun tarixləri arasında İraqın şimalındakı separatçı terror qruplaşması hədəfləri istiqamətində təşkil olunan hava əməliyyatlarında 18 terrorçunu məhv edib.
Hava hücumu zamanı gözlərini itirən uşağın ürəkdağlayan fəryadı
Fransada qatar relsdən çıxdı - Xəsarət alanlar var
Kim Çen İn sənəd imzalanması üçün təşkilatçıların qələmini qəbul etməyib
KXDR lideri Kim Çen İn ABŞ Prezidenti Donald Trampla görüşdən sonra yekun sənədi ABŞ tərəfinin təklif etdiyi qələmlə yox, bacısının ona hədiyyə etdiyi lələkvari qələmlə imzalayıb.
Tiflisə investisiyalar azaldı: Bakı yenə liderdir
2018-ci ilin ilk rübündə Gürcüstana qoyulan birbaşa investisiyaların həcmi keçən ilin analoji dövrü ilə müqayisədə 31,9% azalıb.
Daha bir təcavüz etirafı
Türkiyəli aktrisa Ezgi Baylar aktyor Talat Bulutun ona da təcavüz etdiyini etiraf edib. Aktyor Ezgiyə əxlaqsız videolar göndərib. Aktrisa bu barədə sosial media hesabında yazıb: “İnstaqram hesabımda bu paylaşımı etdiyim həqiqətdir. Bu 19 yaşında öz ayaqları üzərində durmağa çalışan gənc bir qıza yazdığım dəstək mesajı idi.
Məscid bağlatdıran baş nazirə qarşı sosial şəbəkədə təhdidlər artır - "Mühafizəni gücləndirib"
Avstriyada siyasi İslamla mübarizə çərçivəsində 7 məscidin bağlanılacağını qeyd edən Baş Nazir Sebastyan Kurzun sosial media üzərindən təhdidlər aldığı bildirilir. Oesterreich qəzetinin xəbərinə görə, Facebook-da Kurza qarşı kobud ifadələr istifadə etmək daxil olmaqla, o cümlədən hədələr gəlməyə başlayıb. Avstriya Baş Nazirlik aparatından bildiriblər ki, məlumatı Federal Konstitusiya Qoruma və Terrorla Mübarizə Qurumunun da aldığı təsdiqlənib.
İranda qasırğa: 18 nəfər xəsarət aldı
İranın Tehran əyalətində güclü yağış və qasırğa nəticəsində azı 18 nəfər xəsarət alıb. Bu barədə əyalətin qəza-xilasetmə xidmətinə istinadən IRNA məlumat yayıb. Agentliyin məlumatına görə, Tehran əyalətində güclü yağışlar və qasırğa bazar ertəsi axşam olub. Xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.
Kim Çen In və Donald Tramp sənədi imzaladılar
Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp arasında Sinqapurda keçirilən görüşün yekunlarına dair sənəd imzalanıb.
Ərdoğandan ABŞ-a SƏRT CAVAB: "Alacağıq, istifadə edəcəyik"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Rusiyadan alacağı S-400 havadan müdafiə sistemi haqqında “alın, amma istifadə etməyin” deyən ABŞ-a sərt cavab verib. Ərdoğan “Oyun oynamağa halmız yoxdur, ABŞ-ın əlinəmi baxacağıq? Alacağıq və istifadə edəcəyik” sözlərini deyib.














