Trampın müşavirini infarkt vurdu

ABŞ Prezidenti Donald Trampın yaxın adamlarından hesab olunan iqtisadiyyat məsələləri üzrə baş müşaviri Lari Kudlou infarkt keçirib. Bu barədə Donald Tramp Tvitter hesabında yazıb.

ABŞ Prezidenti Donald Trampın yaxın adamlarından hesab olunan iqtisadiyyat məsələləri üzrə baş müşaviri Lari Kudlou infarkt keçirib.

Bu barədə Donald Tramp Tvitter hesabında yazıb.

"Ticarət və iqtisadiyyat üçün can-başla çalışan möhtəşəm Lari Kudloumuz bir az əvvəl infarkt keçirib. Hazırda "Volter Rid" tibb mərkəzindədir", - Tramp bildirib.

Xatırladaq ki, Kudlou Ronald Reyqan administrasiyasında da iqtisadi sahədə xidmət edib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31