Məscid bağlatdıran baş nazirə qarşı sosial şəbəkədə təhdidlər artır - "Mühafizəni gücləndirib"
Avstriyada siyasi İslamla mübarizə çərçivəsində 7 məscidin bağlanılacağını qeyd edən Baş Nazir Sebastyan Kurzun sosial media üzərindən təhdidlər aldığı bildirilir. Oesterreich qəzetinin xəbərinə görə, Facebook-da Kurza qarşı kobud ifadələr istifadə etmək daxil olmaqla, o cümlədən hədələr gəlməyə başlayıb. Avstriya Baş Nazirlik aparatından bildiriblər ki, məlumatı Federal Konstitusiya Qoruma və Terrorla Mübarizə Qurumunun da aldığı təsdiqlənib.
12 İyun 2018 10:38 DünyaAvstriyada siyasi İslamla mübarizə çərçivəsində 7 məscidin bağlanılacağını qeyd edən Baş Nazir Sebastyan Kurzun sosial media üzərindən təhdidlər aldığı bildirilir. Oesterreich qəzetinin xəbərinə görə, Facebook-da Kurza qarşı kobud ifadələr istifadə etmək daxil olmaqla, o cümlədən hədələr gəlməyə başlayıb.
Avstriya Baş Nazirlik aparatından bildiriblər ki, məlumatı Federal Konstitusiya Qoruma və Terrorla Mübarizə Qurumunun da aldığı təsdiqlənib.
Xəbərdə, Kurz və bəzi nazirlərinin qorumasının gücləndirildiyi qeyd edilib. Kurz daha əvvəl, "siyasi İslamla mübarizə qanununu pozan məscidlərin bağlanılacağını və 40-a yaxın imamın ailələri ilə birlikdə ölkədən göndəriləcəyini açıqlamışdı. Avstriya Baş Nazirliyi, Kurza qarşı gələn təhdidlərlə əlaqədar olaraq Facebook şirkətini məlumatlandırıblar. Avstriya orqanları, təhdidləri Türk əsilli vətəndaşların yazdığını düşünür.
A24.Az