Fransada qatar relsdən çıxdı - Xəsarət alanlar var

Fransanın Essonn departamentində sürətli qatarın relsdən çıxması nəticəsində 7 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin nəqliyyat naziri Elizabet Born məlumat verib.

Hadisəyə ilkin səbəb kimi yağan yağışlar nəticəsində relslərin sıradan çıxması olub.

Xəsarət alanların vəziyyəti orta ağır qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31