Dünya

Ərəblər Trampın “Əsrin müqaviləsi”nə qarşı çıxdı

9 İyul 2018 11:42

Ərəb ölkələrinin liderləri ABŞ-ın Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı təklif etdiyi “Əsrin müqaviləsi”nə qarşı çıxıblar.

Türkiyəli gözəlin TACI əlindən alındı- FOTO

9 İyul 2018 10:52

Almaniyada keçirilən “Miss Turkuaz Top Model 2017”də iştirak edən və “Top model” olan Dilan Oktaşın tacı əlindən alınıb.  Dilan müsabiqənin şərtnaməsinə əməl etmədiyi üçün barəsində belə bir qərar qəbul edilib. “Miss Turkuaz” təşkilat komitəsinin sədri Yıldıray Cengiz mətbuata məsələ ilə bağlı yazılı açıqlama göndərib: “Müsabiqədə iştirak edən və dərəcə alan  Dilan Oktaş “Miss Turkuaz Top Model” şərtnaməsinə əməl etmədiyi üçün “Miss Turkuaz Top Model 2017” ünvanı və tacı geri alınıb”.

Müqtəda əs-Sadr: “ABŞ-la müzakirələr dayandırılsın”

9 İyul 2018 10:00

İraqın “Sadr” Hərəkatının lideri Müqtəda əs-Sadr ölkədəki siyasi qruplardan hökumətin qurulması işlərində ABŞ və qonşu ölkələrlə müzakirələrin aparılmamasını istəyib. Şiə dini lideri hökumətin qurulmasını iraqlıların daxili işi adlandırıb.

Britaniyanın “Breksit” üzrə naziri istefa verdi

9 İyul 2018 09:42

Böyük Britaniyanın “Breksit” üzrə naziri Devid Devis istefa verib. Bu haqda mənbəyə istinadən “Independent” nəşru bildirib. Nəşr yazır ki, Devisin Avropa İttifaqı ilə gələcək gömrük razılaşmaları üzrə baş nazir Tereza Meyin planını qəbul etməməsi istefanın səbəbidir.

Yeni doğulan körpələr üçün süni ağciyər 

9 İyul 2018 09:39

Kanada və Almaniyadan olan bir qrup alim tərəfindən tənəffüs problemləri yaşayan yeni doğulan körpələr üçün xarici süni ağciyər yaradılıb. Süni ağciyər xüsusi qaz və oksigen qarışıqlarından deyil, havadan istifadə edir. Yeni işləmə qanı oksigen ilə zənginləşdirən ikitərəfli məsaməli membranlardan ibarət olan mikrokanallar sistemini özündə əks etdirir. Sözügedən konstruksiyada qan nasosların köməyi ilə deyil, sərbəst şəkildə dövr edir, təzyiqin dəyişməsi nəticəsində isə qan hüceyrələrinin zədələnməsinin qarşısı alınır.

Suriya İsrailə məxsus hərbi təyyarəni vurub

9 İyul 2018 09:36

Suriya hava hücumundan müdafiə qüvvələri Homs əyalətində aviabazaya edilən hava hücumunun qarşısını alıb. Hava hücumu nəticəsində ölən və yaralanan olmayıb, yalnız maddi ziyan dəyib.

Türkiyə üçün tarixi gün – Rəsmən BAŞLANIR

9 İyul 2018 09:35

Bu gün Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın “Prezident vəzifəsinə başlama mərasimi” keçiriləcək.  Beştəpədə Prezident Sarayında keçiriləcək mərasimdə 28 ölkədən dövlət, hökumət və parlament başçıları, o cümlədən 22 dövlət başçısı ilə yanaşı, çoxlu sayda yerli və xarici qonaq iştirak edəcək.

Avropanın ən yaşlı qadını vəfat etdi

9 İyul 2018 01:03

İtaliyada Avropanın ən yaşlı qadını Cuzeppina Procetto dünyasını dəyişib.

Türkiyədə sərnişin qatarı relsdən çıxdı: 10 ölü, 73 yaralı – VİDEO/FOTO (YENİLƏNİB)

8 İyul 2018 22:02

Səhiyyə Nazirliyi qəza nəticəsində 10 nəfərin həyatını itirdiyini, 73-nün yaralandığını açıqlayıb. Tekirdağ valisi Mehmet Ceylan isə əlverişsiz hava şərtlərinin qəzanın səbəbi olduğunu söyləyib.

Dünyanın ən zəngin adamı yenə o seçildi - SİYAHI

8 İyul 2018 21:08

Nüfuzlu “Bloomberg” nəşri dünyanın ən zəngin 500 adamlarının yeni reytinqini açıqlayıb.  ABŞ-ın “Amazon” şirkətinin sahibi Ceff Bezos yenidən dünyanın ən zəngin adamı olub. С.Bezosun sərvəti cari ilin iyulun 7-nə olan məlumata görə, 142  milyard dollar təşkil edir.

İŞİD-in əsas bazası məhv edildi – 150 ölü

8 İyul 2018 21:06

Xarici qoşunların dəstəyi ilə Əfqanıstanın təhlükəsizlik gücləri İŞİD terror qruplaşmasının ölkə ərazisindəki əsas dayaq məntəqəsini məhv ediblər. Bu haqda “Tolo News” telekanalı bildirib.