Ərəblər Trampın “Əsrin müqaviləsi”nə qarşı çıxdı
Ərəb ölkələrinin liderləri ABŞ-ın Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı təklif etdiyi “Əsrin müqaviləsi”nə qarşı çıxıblar.
9 İyul 2018 11:42 DünyaƏrəb ölkələrinin liderləri ABŞ-ın Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı təklif etdiyi "Əsrin müqaviləsi"nə qarşı çıxıblar.
Bunu jurnalistlərə açıqlamasında Fələstin lideri Mahmud Abbas deyib.
"Ərəb ölkələri bizə dedilər ki, "Əsrin müqaviləsi"nə qarşı çıxacaqlar. Bəzi Avropa, Asiya və Afrika ölkələri də belə razılaşmanın əleyhinədir", - deyə o bildirib.
Qeyd edək ki, Trampın təqdim etdiyi müqaviləyə əsasən, Şərqi Qüds də İsrailə verilməli, İordan çayının qərb sahilində isə yəhudi yaşayış məskənləri saxlanılmalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31