Dünya
Rusiya aeroportunda insident
Ermənistanda hakimiyyət orqanlarında kütləvi ixtisar
"Ermənistanda vilayət (mərz) hakimiyyəti qurumlarında 30%-dək işçinin ixtisarı nəzərdə tutulur". Bunu ölkənin ərazi idarəetmə və inkişaf naziri Suren Papikyan deyib. O, bütün əməkdaşların cəlb ediləcəyi müsabiqədə iştirakçıların daha yaxşı nəticə göstərən üçdə ikisinin işlə təmin olunacağını bildirib.
Teleaparıcı qəzada öldü
Braziliyanın San-Paulu şəhərində vertolyotun qəzaya uğraması nəticəsində televiziya və radio apacısı Rikardu Boeşat həlak olub.
Marsa səyahətin qiymətləri açıqlandı - Hər kəs gedə biləcək
“Tesla” və “Space X” şirkətinin qurucusu İlon Mask Marsa səyahət biletinin qiymətini açıqlayıb. Şirkət rəhbəri gediş biletinin 500 min dollar olduğunu deyib. Bu barədə tvitter hesabında yazan Mask bildirib ki, biletlər 100 min dollardan ucuz da ola bilər: “Yerdəki insanlar evlərini satıb rahat şəkildə Marsa səyahət edə biləcəklər”
BMT İŞİD-lə bağlı qorxunc hesabatları açıqladı: 300 milyon...
2014-cü ildən bəri Yaxın Şərqdə terror fəaliyyəti ilə məşğul olan İŞİD-in büdcəsi açıqlanıb. BMT baş katibinin köməkçisi və Terrorla Mübarizə Dairəsinin prezidenti Vladimir Voronkov fərqli qaynaqlardan əldə etdiyi bilgilərə görə, İŞİD-in 50-300 milyon dollar arasında büdcəsi olduğunu deyib.
Dünya tikan üstündədir: ABŞ Tehrana hücum edərsə, İran Təl-Əvivi yer üzündən siləcək
ABŞ-dan İrana qarşı açıq təhdid: "Çox az qaldı..."
ABŞ prezidenti Donald Tramp tvitterdə İrana qarşı sərt ifadələr işlədib. Yaranmasının 40-ci ildönümünü qeyd edən İran hökumətinin yalnız uğursuzluq əldə etdiyini yazıb. “40 illik qanunsuzluq, təzyiq və terror. İrandakı rejim sadəcə 40 illik uğursuzluq istehsal etdi. İran xalqı isə daha parlaq gələcəyə layiqdir”,- Tramp bildirib.














