Xarici Kəşfiyyat Xidməti başçısından Paşinyanın "müharibə" bəyanatına şərh: "Bu, məntiqi bir yanaşmadır" – ÖZƏL
12:15 DünyaOlaylar.az xəbər verir ki, Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan parlamentdə çıxışı zamanı Baş nazir Nikol Paşinyanın "hakim partiya seçkilərdə qalib gəlməsə, müharibə başlayacaq" bəyanatına aydınlıq gətirib.
Müxalif deputat Armenuhi Küregyanın bu iddianın kəşfiyyat məlumatlarına əsaslanıb-əsaslanmadığı barədə sualını cavablandıran Qriqoryan, Paşinyanın sözlərini siyasi məntiqlə izah edib. O bildirib ki, əgər siyasi qüvvələr sülh arxitekturasının əsaslarını şübhə altına alırlarsa, bu, gələcəkdə sülhün pozulması riskini yaradır və Baş nazirin xəbərdarlığı məhz bu kontekstdə başa düşülməlidir.
Müxalifət təmsilçisi isə kəşfiyyat rəhbərinin cavabından belə nəticə çıxarıb ki, xidmətin əlində konkret faktiki məlumat yoxdur və bu bəyanat heç bir kəşfiyyat bazası olmayan növbəti siyasi manipulyasiyadır.