İrandakı əməliyyatların görüntüləri yayıldı - ANBAAN

 

 

İsrail Müdafiə Qüvvələri (IDF) İranda həyata keçirilən aviareydlərin görüntüsünü yayıb.

Bu barədə İsrail KİV-i xəbər verir.

Görüntülərin birində İsrail hava qüvvələrinin endirdiyi zərbə nəticəsində İranın hava hücumlarından müdafiə qüvvələrinə aid zenit-raket kompleksinin məhv edildiyini görmək olur.

Digər videoda isə İran ordusuna aid Rusiya istehsalı olan "Mi-17" helikopteri hədəfə alınır./Trend.Az

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31