Zaxarova İranda məktəbə edilən hücumu həddindən artıq qəddarlıq və kinayə adlandırıb- ÖZƏL
10:18 DünyaRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İranda məktəbə endirilən zərbəni "həddindən artıq qəddarlıq və kinayə" kimi qiymətləndirib.
O bildirib ki, 165 məktəbli qızın həyatını itirdiyi hücumun təsadüfi olması ilə bağlı heç bir açıqlama verilməyib. Olaylar.az xəbər verir ki, Zaxarovanın sözlərinə görə, zərbənin dəqiqliyi onun planlı şəkildə həyata keçirildiyini göstərir.
Rusiya XİN sözçüsü hadisənin ciddi beynəlxalq reaksiyaya səbəb olmalı olduğunu vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31