Rəsmi İrəvan ermənilərin qarşısında net seçim qoydu: ya sülh, ya...

Ermənistan parlamentinin spikeri Alen Simoniyan qarşıdakı parlament seçkilərinin Cənubi Qafqazda sülhün taleyini müəyyən edə biləcəyini bildirib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə ölkədə siyasi qüvvələr iki düşərgəyə bölünüb - "sülh tərəfdarları" və "regionun qlobal moderatorlardan asılı qalmasını istəyən müharibə tərəfdarları".

Simoniyan vurğulayıb ki, 2026-cı il seçkiləri ilə bu mübahisəyə nöqtə qoymaq, Azərbaycanla yekun sülh müqaviləsini imzalamaq və sənədi ratifikasiya etmək mümkün olacaq:

"Cənubi Qafqazda sülh məsələsi qarşıdakı parlament seçkilərində həll olunacaq. Biz seçkilərlə nöqtə qoymalı, yekun sülh sazişini imzalamalı və ratifikasiya etməliyik. Qələbəmizə əminəm".

Spikerin açıqlaması göstərir ki, İrəvan hakimiyyəti seçkiləri təkcə daxili siyasi mübarizə deyil, həm də Bakı ilə münasibətlərin gələcək modeli üzrə həlledici mərhələ kimi təqdim edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31