Ermənistan Avrasiya İqtisadi İttifaqını tərk edə bilər

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avrasiya İqtisadi İttifaqından çıxa biləcəyini istisna etməyib.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, Paşinyan bu barədə brifinqdə danışıb.

Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqına eyni anda üzv olmaq mümkün deyil və buna görə də, Ermənistan zamanla bu barədə qərar verəcək: "Biz başa düşürük ki, hər iki təşkilata eyni anda üzv olmaq mümkün deyil. Qərar verməyin qaçınılmaz olduğu vaxt yetişdikdə, biz müvafiq qərarı verəcəyik".

Paşinyan vurğulayıb ki, istənilən ssenari mümkündür: "Hər şey xalqımızın iradəsindən, vəziyyətin təhlilindən, perspektivlərdən və danışıqların nəticəsindən asılıdır".

Xatırladaq ki, Avrasiya İqtisadi İttifaqına 5 ölkə - Ermənistan, Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31