Uitkoff protokolu pozdu və Putinlə görüşə katibsiz getdi - ÖZƏL
28 Avqust 2025 19:54 DünyaABŞ prezidenti Donald Trampın sülhməramlı missiyalar üzrə xüsusi elçisi Stiven Uitkoff 6 avqustda Rusiya prezidenti Vladimir Putinlə görüşə Dövlət Departamentinin katibsiz gəlib və protokolu pozub.
Olaylar xəbər verir ki, nəticədə, Uitkoff Rusiya prezidentinin dəqiq sözlərinin qeydləri olmadan qalıb.
7 avqustda Avropa liderləri ilə telefon danışığı zamanı o, ziddiyyətli məlumat verərək ABŞ rəsmilərinin, o cümlədən Trampın Ukrayna üzrə xüsusi elçisi Kit Kellogun narazılığına səbəb olub.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, görüş faydalı və konstruktiv olub. Görüş zamanı Rusiya tərəfi Ukrayna məsələsi ilə bağlı bəzi siqnallar verib və Trampdan uyğun siqnallar alıb.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31