İsrail Yəmənin paytaxtını vurdu - ÖZƏL

Al Masirah telekanalının məlumatına görə, İsrail qüvvələri Yəmənin paytaxtı Sənaya hava zərbələri endirib.

Olaylar xəbər verir ki, "İsrailin Sənaya qarşı təcavüzü həyata keçirilib."

Həmin vaxt husilərin lideri Əbdül Malik əl-Husi telekanalda canlı efirdə çıxış edirdi.

Bundan əvvəl İsrail Müdafiə Ordusunun desant qüvvələri Suriyanın paytaxtı Dəməşqin qərbində yerləşən əl-Kisva bölgəsinə eniş etmişdi.

İbrahim Məmmədli

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31