Paşinyan açıqladı - Ermənistan rəsmən Rusiyadan ayrılır
17:33 Dünya"Ermənistanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxması tarixi qərardır".
Teleqraf xəbər verir ki, bunu Ermənistanın müxalif "Respublika Uğrunda" Partiyasının sədri Arman Babacanyan deyib.
Partiya rəhbəri Ermənistan Baş naziri Nikol Paşinyanın ölkəsinin AİB-dən çıxacağa biləcəyi ilə bağlı bəyanatını belə şərh edib:
"Bu o deməkdir ki, yarıtmaz mövqelərin sonu var. Ermənistan bununla öz gələcəyini Avropada gördüyünü rəsmən bəyan edir. Bu, tarixi qərardır. Bu, hər hansı bir yanlış balansı istisna edir və bizi real seçim qarşısında qoyur. Seçim edilib və bu, Ermənistanın Avropa İttifaqının üzvlüyünün lehinədir".
Babacanyan AİB-dən çıxmağın Ermənistan üçün iqtisadi nəticələrinin olacağını da bildirib: "Bəli, qısa müddətdə sarsıntılar qaçılmazdır. Amma dürüst olmalıyıq: "Rusiyanın ixrac bumu" adlandırılan şey davamlı iqtisadi inkişaf deyil, süni bir bum idi. AİB bazarı getdikcə dalana çevrilir, Avropa İttifaqı isə yeni imkanlar təklif edir: böyük bazar, yüksək standartlar, investisiya axını".
Rusiya Ermənistanın qərarına mümkün reaksiyasına gəlincə, partiya sədri qeyd edib: "Rusiya bizi çoxdan cəzalandırır: silah vermir, müttəfiqlik öhdəliklərini yerinə yetirmir, daim şantaj edir. Ona görə də əsl sual sanksiyalarda deyil, biz bundan sonra da bu asılılığa dözməyə hazırıq, ya yox".
Babacanyan əlavə edib ki, AİB-dən çıxmaq həm də Ermənistanın de-yure qalmaqda davam etdiyi KTMT-dən çıxması deməkdir: "KTMT Ermənistanı onsuz da müdafiə etmirdi, üstəgəl, ona xəyanət edib".
Siyasətçi AİB və KTMT-dən çıxmağın dönüş nöqtəsi yox, tale olduğunu vurğulayıb.
Xatırladaq ki, Nikol Paşinyan bundan əvvəl Ermənistanın AİB-dən çıxa, Avropa İttifaqına üzvlük prosesinin başlaya biləcəyini açıqlamışdı.