Paşinyan: “Xalq seçkilərdə Sarkisyan və Köçəryanın siyasi həyatına son qoyacaq” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 28-də hökumət iclasından sonra jurnalistlərə açıqlamasında bildirib ki, xalq artıq seçkilər vasitəsilə Sarkisyan, Köçəryan və Ter-Petrosyanın yerini göstərib.

"Onlar heç vaxt seçkilərdə qələbə qazanmayıblar. Yalnız Levon Ter-Petrosyan bir dəfə - 1991-ci ildə qalib gəlib. Xalq məni ən çox bu şəxslərin hələ də siyasi həyatda qalmasına görə ittiham edir. Mən də izah etməli oluram ki, niyə Sarkisyan və Köçəryan hələ də nəsə danışırlar. Ancaq qarşıdakı seçkilərdə xalq onların siyasi dillərini kökündən kəsmək imkanı əldə edəcək. Bu, yalnız siyasi və sivil yol ilə baş verməlidir, hüquqi proseslərlə bağlı deyil", - deyə Paşinyan vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31