Türkiyə Suriyanın ərazi bütövlüyünü müdafiə etməkdə tam dəstək verəcək - ÖZƏL
13:32 DünyaTürkiyə yeni Suriya hökumətinə ölkənin ərazi bütövlüyünü qorumaq üçün hər cür dəstək göstərəcəyini açıqlayıb. Olaylar.az xəbər verir ki, bu barədə TRT Haber kanalına Respublika Müdafiə Nazirliyinə yaxın mənbələr məlumat verib. Mənbələr bildiriblər ki, "Türkiyə Suriya hökumətinə onun birliyi və ərazi bütövlüyünün qorunmasında hər cür dəstək göstərəcək". Onlar həmçinin vurğulayıblar ki, "Suriya'dakı stabillik birbaşa Türkiyənin təhlükəsizliyi ilə bağlıdır, buna görə də bu istiqamətdə atılan hər addım regionda sülhün təmin olunmasına xidmət edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31