Paşinyan bu ölkədə Putinlə GÖRÜŞƏCƏK
13:08 DünyaErmənistanın baş naziri Nikol Paşinyan Pekində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya prezidenti ilə görüşməyi planlaşdırdığını bildirib.
Olaylar.az xəbər verir ki, bu barədə o, brifinq zamanı bildirib.
Hökumət başçısı əlavə edib ki, sentyabrın sonunda Moskvaya səfər etməyi nəzərdə tutur:
"Şadam ki, onlar məni Moskvada gözləyirlər. Mən də həmişə Rusiya Federasiyasına səfərləri səbirsizliklə gözləyirəm. Növbəti səfər sentyabra planlaşdırılır", - deyə Paşinyan qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31