ABŞ Hərbi Gəmiləri Venesuela sahillərinə yönəldildi - ÖZƏL
13:02 DünyaABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) Venesuela sahillərinə ən azı yeddi hərbi gəmi, o cümlədən üç destroyer, bir desant gəmisi, raket kruizeri və nüvə sualtı qayıq göndərib. Olaylar.az xəbər verir ki, bu barədə britaniyalı Financial Times (FT) qəzeti mənbələrinə istinadla məlumat verib. Məlumata görə, USS Jason Dunham və USS Gravely destroyerləri artıq Venesuela sahillərindədir, üçüncü destroyer USS Sampson isə hazırda Sakit Okeanda, Panama cənubundadır. Həmçinin USS Iwo Jima desant gəmisi və iki əlavə dəstək gəmisi, üzərində ümumilikdə 4,5 min nəfərdən çox hərbçi olmaqla, bu bölgəyə yönəldilib. Bildirilib ki, bölgəyə nüvə sualtı qayıq USS Newport News və raket kruizeri USS Lake Erie də göndərilib. Qeyd edilir ki, bu beş gəmi Tomahawk gəmiyə qarşı gəmilər üçün nəzərdə tutulmuş qanadlı raketlərlə təchiz olunub.
Venesuela Prezidenti Nikolás Maduro isə ABŞ-ın hərbi təzyiqinə qarşı dost ölkələrin göstərdiyi həmrəylik və dəstəyə görə minnətdarlığını bildirib.
Əvvəllər The New York Times qəzeti xəbər vermişdi ki, ABŞ Prezidenti Donald Tramp Latın Amerikasındakı narkokartellərə qarşı hərbi əməliyyatların başlanması barədə gizli direktiv imzalayıb.