“Bizi ələ salırlar!” – Kallasdan Kremlə sərt REAKSİYA

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Rusiyanın Ukrayna ərazisinə kütləvi zərbə endirməsinə kəskin cavab verib.

Olaylar.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

"Dünya sülhə gedən yol axtararkən, Rusiya raketlərlə cavab verir. Kiyevə gecə hücumu sülh səylərini ələ salmaq üçün düşünülmüş seçim olduğunu nümayiş etdirir", - Kallas bildirib.

O, həmçinin Moskvanı danışıqlara başlamağa çağırıb.

Bundan əvvəl Ukrayna KİV-i Rusiya Silahlı Qüvvələrinin Kiyev və onun ətraf ərazilərindəki hədəflərə yeni zərbələr endirdiyini yazıb.

Ukrayna paytaxtının meri Vitali Kliçkonun məlumatına görə, rus qoşunlarının hücumu nəticəsində Darnitski, Dniprovski, Şevçenkovski, Svyatoşinski, Solomenski və Desnyanski rayonlarında yanğınlar başlayıb. Borispol və Vasilkovda da partlayışlar qeydə alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31