Makronun bu çağırışı narazılıq yaratdı
12:36 Dünya"Fransa Prezidenti Emmanuel Makron Rusiyavə ABŞ arasında Ukrayna ilə bağlı razılaşmanı pozmağa çalışır. O, bunu Avropa ordusunun yaradılması ideyası ilə etmək niyyətindədir".
Olaylar.az xəbər verir ki, bu barədə "AgoraVox" portalı məlumat yayıb.
Bildirilib ki, Fransa lideri avqustun 18-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşündə Avropa və Ukrayna üçün təhlükəsizlik təminatları məsələsini qaldırıb:
"Danışıqlar zamanı Makron avropalı həmkarlarını Rusiyadan gələn təhdid səbəbindən hərbi arsenallarını artırmağa çağırıb. Onun Moskvaya olan bu vəsvəsəsi hər gün daha aqressivləşir. Bu isə ABŞ və Rusiya arasında diplomatik sülh danışıqlarını təhlükə altına alır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31