ABŞ Hərbi Dəniz Qüvvələri Tramp üçün böyükmiqyaslı parada hazırlanır - ÖZƏL

ABŞ Hərbi Dəniz Qüvvələri bu payız ölkə prezidenti Donald Trampın məmnun qalması üçün genişmiqyaslı bir hərbi parad təşkil etməyi planlaşdırır. Olaylar.az xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb. Qəzetin əldə etdiyi məlumatlara görə, prezident Tramp iyun ayında Vaşinqtonda keçirilmiş, ABŞ Quru Qoşunlarının 250 illiyinə həsr olunmuş paraddan narazı qalıb. Trampın fikrincə, paradda iştirak edən hərbçilərin yürüş hazırlığı onun gözləntilərini ödəməyib. Buna görə də, Hərbi Dəniz Qüvvələri bu dəfə "daha möhtəşəm" və "gözoxşayan" bir hərbi şou təqdim etməyi planlaşdırır. Məqsəd prezidentin gözləntilərini tam şəkildə qarşılamaqdır.
Xatırladaq ki, 14 iyun tarixində Vaşinqtonda keçirilən Quru Qoşunlarının hərbi paradında təxminən 6,5 min hərbçi və 150-dən çox döyüş texnikası, o cümlədən M1 Abrams tankları, Bradley zirehli maşınları və Stryker zirehli nəqliyyat vasitələri iştirak edib. Həmçinin parad zamanı AH-64 Apache, UH-60 Black Hawk və CH-47 Chinook vertolyotları, eləcə də B-17 Flying Fortress və Douglas C-47 təyyarələri nümayiş olunub. Tədbiri on minlərlə insan izləyib. Qəzet The Hill yazır ki, bu parad ABŞ ordusuna təxminən 30 milyon dollar başa gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31