“Drujba” neft kəməri ilə Rusiyadan Macarıstana və Slovakiyaya neft tədarükü bərpa olundu - ÖZƏL
28 Avqust 2025 12:02 DünyaOlaylar.az xəbər verir ki, Macarıstanın MOL şirkəti bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra dayandırılan "Drujba" neft kəməri ilə Rusiyadan Macarıstana və Slovakiyaya neft tədarükü bərpa edilib. MOL-un məlumatında tədarükün həcmi barədə açıqlama verilməyib.
Əvvəlcə Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto bildirmişdi ki, "Drujba" vasitəsilə neft tədarükü 28 avqust tarixində məhdud həcmdə bərpa olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31