Ermənistan və Çin avtomobil daşımaları barədə saziş imzalayacaq – ÖZƏL
28 Avqust 2025 11:43 DünyaErmənistan və Çin arasında avtomobil daşımaları (sərnişin və yük) sahəsində saziş imzalanacaq.
Olaylar.az xəbər verir ki, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin təklifi hökumətin iclasında təsdiqlənib.
Hazırda iki ölkə arasında avtomobil daşımaları sahəsi hüquqi baxımdan tənzimlənməyib. Bununla belə, daşımaların həcmi ildən-ilə artır. 2025-ci ilin ilk yarısında Çin Ermənistanın ikinci ən iri ticarət tərəfdaşı olub və ticarət dövriyyəsi 1 milyard 196,4 milyon ABŞ dollarına çatıb.
Sazişin detalları hələ açıqlanmayıb, onun yaxın vaxtlarda imzalanacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31