Rusiyada təyyarəni YANDIRMAQ İSTƏDİLƏR – ölkə PANİKADA, Almaniya Ukraynaya GİRİR - hazırlıq BAŞLADI
11:31 DünyaŞimali Osetiyada "Vladiqafqaz" beynəlxalq hava limanında təyyarənin yandırılması cəhdinin qarşısı alınıb, terror aktı ilə bağlı cinayət işi açılıb.
"Olaylar.az" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin respublika üzrə İdarəsindən bildirilib.
"Rusiya Federal Təhlükəsizlik Xidmətinin Şimali Osetiya-Alaniya Respublikası üzrə İdarəsi "Vladiqafqaz" beynəlxalq hava limanı ərazisində təyyarəni yandırmaq yolu ilə terror aktı törətməyi planlaşdıran 25 yaşlı Rusiya vətəndaşının qanunsuz fəaliyyətinin qarşısını alıb", - məlumatda qeyd olunub.
Bu arada Almaniya silah və qoşunların operativ şəkildə daşınması üçün dəmir yolu şəbəkəsi qurur - o cümlədən Ukraynaya yardım məqsədilə. Bu barədə alman nəşri Der Tagesspiegel yazır. Məlumata görə, bu magistrallar sayəsində alyans hərbi əməliyyat zonalarına 800 minədək əsgəri, həmçinin silah və texnikanı yönləndirə biləcək.