ABŞ senatoru: QHT-lərə dəstək göstərmək cinayət deyil – ÖZƏL
11:15 DünyaOlaylar.az xəbər verir ki, ABŞ senatoru Cin Şahin bildirib ki, Gürcüstanda etirazçılara və hakim "Gürcü arzusu" hökuməti tərəfindən saxlanılanlara hüquqi yardım göstərmək cinayət sayıla bilməz və bu, "dövlətə qarşı sabotaj" da deyil. O, hökumətin yeddi qeyri-hökumət təşkilatının hesablarını dondurması və "sabotaj" ittihamı ilə cinayət işi açmasına münasibət bildirib.
"Gürcü xalqını və ölkədə demokratiyanı qorumağa çalışan vətəndaş cəmiyyəti üzvlərini dəstəkləməyə davam edəcəyəm", - deyə senator vurğulayıb.
Xatırladaq ki, Tbilisi Şəhər Məhkəməsi Baş Prokurorluğun müraciətini təmin edərək bir neçə QHT-nin - "Vətəndaş Cəmiyyəti Fondu", "Ədalətli Seçkilər və Demokratiya üzrə Beynəlxalq Cəmiyyət", "Azadlıq və Demokratiyanın İnkişafı İnstitutu", "Demokratiya Müdafiəçiləri", "Gürcüstan Demokratik Təşəbbüsü", "Sapari" və "Sosial Ədalət Mərkəzi"nin bank hesablarına həbs qoyub.
İş Gürcüstanda maliyyə vəsaitlərinin "sabotaj üçün səfərbər olunması", "sabotaja cəhd", "xarici təşkilatlara düşmən fəaliyyətində yardım" və "konstitusiya quruluşuna və milli təhlükəsizliyə qarşı fəaliyyət" ittihamları ilə bağlı istintaq çərçivəsində aparılır.